Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-91/2022 02.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Vəzifəli şəxs Şəxs haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Şimal regional X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs 22 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən avtotəmir sexində KY221709503 saylı çıxarışa əsasən yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Həmin faktla bağlı Şimal regional X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə 22 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs istinad olunan inzibati xətanın törədildiyi yerin dəqiq ünvanı, törədilmə vaxtının saatı, o cümlədən həmin şəxsin İXM-nin 602.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan hansı hərəkət və ya hərəkətsizlik etməsi dəqiq qeyd olunmamışdır. Bununla da, inzibati xəta haqqında protokol İXM-nin tələbləri pozulmaqla tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3, 100.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, vəzifəli şəxs Şəxs haqqında Şimal regional X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 22.02.2022-ci il tarixli MN ******* saylı protokol düzgün tərtib olunmadığından, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş həmin idarəyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Vəzifəli şəxs Şəxs haqqında Şimal regional X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 22.02.2022-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər həmin idarəyə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-91/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-91/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver