Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-92/2024 18.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsinda yaşayan, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2024-cü il tarixdə, saat 17:11-də radələrində Qusar rayonu ərazisində yerləşən, “Şahdağ” qış-yay turizm kompleksinin, dayanacağında “X1” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ehtiyyatsızlıqdan qəza törədərək idarə etdiyi avtomaşına maddi ziyan vurmuşdur. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 332.4-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, “Şahdağ” qış-yay turizm kompleksinin dayanacaqda nəzarətçi işləyir. Qonaqların avtomaşınlarını yerləşdirməklə məşğul olur. Hadisə zaman həmin avtomaşını yerləşdirmək məqsədilə idarə etmiş, lakin ehtiyatsızlıqdan həmin avtomaşının beton sütuna çırpılmasına səbəb olmuşdur. Avtomaşına dəymiş təxmini zərər 5000 manat olmalıdır. Avtomaşına dəymiş maddi ziyan tam ödənilmişdir. Hadisə zamanı avtomobil ona məxsus olmamışdır. Əməlindən peşmandır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli SMETA (haqqı hesab) Aktdan görünür ki, “X1” markalı ** TP *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan 7395 (yeddi min, üç yaz doxsan beş) manat civarındadır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, Şəxs baş vermiş yol nəqliyyat hadisəsindən səmimi peşmandır. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-92/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-92/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver