Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-94/2024 20.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1968-ci ildə Qusar rayonu Yasab kəndində anadan olmuş, Qusar rayonu, Yasab kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı,evli, X1 barəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul olunmuş «X9, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsinə dair şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ polis polkovniki X7 tərəfindən qəbul olunmuş «X9, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandımışdır ki, o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi MERSEDES BENZ AXOR 2533İ YÜK markalı **-LM-*** qeyliyyat nömrəli avtomaşınla yükdaşıma xidməti həyata keçirərkən Bakı-Quba yolunun 130-cu kilometrində yol polisi əməkdaşı X5 tərəfindən saxlanılmış və barəsində əsassız olaraq İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokola əsasən DİN Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovniki X6 «X9, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ilə 600 manat məbləğində cərimə olunmuşdur. (Bu barədə QƏRAR xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə ona rəsmi qaydada təqdim olunmuşdur). Belə ki, o, xx.xx.2024-cü il tarixli 000018 saylı «malların təhvil- qəbul aktı»na əsasən Abşeron rayonu ərazisində "xxxx" MMC-nin anbarından birinin çəkisi 5kq 820 qram, ölçüsü isə 19x19x29 sm olan 3030 ədəd və birinin çəkisi 2 kq 300 qram, ölçüsü 19x10sm olan 1010 ədəd sobada bişirilmiş kərpici yükləyərək sifariş olunmuş Qusar rayonu Piral kəndinə apararkən Bakı-Quba yolunun 130-cu kilometrində saxlanılmış və yolda çəkiyə nəzarət üçün quraşdırılmış tərəzidə avtomaşının yüklə birlikdə çəkisi ölçülmüşdür. İdarə etdiyi avtomaşının yüklə birlikdə çəkisinin 30500 kq olması müəyyən edilsə də yol polisi əməkdaşları öz aralarında uzun fikir ayrılığından sonra barəsində inzibati protokol tərtib olunacağını bildirmişlər. Halbu ki, idarə etdiyi yük avtomaşınının qeydiyyat şəhadətnaməsində icazə verilmiş maksimal kütlə 32000 kq müəyyən olunmuşdur. O, qeydiyyat şəhadətnaməsini yol polisi əməkdaşlarına təqdim edib əvvəllər də eyni çəkidə yük daşıdığını və çəkiyə nəzarət zamanı pozuntu qeyə alınmadığını bildirsə də yol polisi inspektoru nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığını bildirərək barəsidə İnzibati Xətalar Məcəlləsinin 353.2 maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, idarə etdiyi yük avtomaşınının qeydiyyat şəhadətnaməsində icazə verilmiş maksimal kütlə 32000 kq müəyyən olunmuşdur. Həmin şəhadətnamə AR DİN BDYPİ-nin müvafiq qurumu tərəfindən avtomaşın müvafiq qaydada texniki baxışdan keçirilməklə xx.xx.2021-ci il tarixdə tərtib edilərək verilmişdir. Yol polisi inspektoru inzibati xəta haqqında protokol tərtib edərkən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli 104 saylı qərarına istinad etmişdir. (YPX inspektoru bu barədə ona şifahi izah vermişdir). Göründüyü kimi, əgər tərəzidə müəyyən olunmuş 30500 kiloqramlıq yük çəkiyə nəzarət üçün müəyyən olunmuş parametrləri aşmış olsaydı idarə etdiyi avtomaşına qeydiyyat şəhadətnaməsi tərtib olunarkən icazə verilən maksimal kütlə 32000 kq yox, daha aşağı kütlə qeyd olunardı. Başqa sözlə, o, DYPİ tərəfindən rəsmi qaydada verilmiş sənədlə müəyyən edilən icazə verilən maksimal kütləni aşmamışdır. Məhkəmə iclasında X2 ərizədə yazılanları təsdiq etmiş və şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin edilməmiş və nümayəndənin iştirakının təmin edilməməsi barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. İş materiallarında olan AE № 142571 nömrəli X3 Şəhadətnaməsinin surətindən görünür ki, 99LM823 dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ AXOR 2533L YÜK” markalı yük avtomobilinin icazə verilmiş maksimal kütlə çəkisi 32000 kq, avtomobilin yüksüz kütləsi isə 10015 kq-dır. Həmçinin iş materiallarında olan "xxxx" MMC-nin №000018 saylı, xx.xx.2024-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, 3030 sayda 19x29 ölçüdə kərpic və 1010 sayda, 19x10 ölçüdə kərpic daşınmışdır. Məhkəmə iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, protokolu tərtib edən oqran protokolda avtomobilin kütləsinin nə qədər aşdığını, hansı kütlə də aşıldığı göstərilməmişdir. Belə olan halda şübhəli hallar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə olmalıdır. Əgər protokolda avtomobilin kütləsinin yüklü olaraq nə qədər aşıldığı göstərilsə idi belə olan şikayət ərizəsi təmin edilməməli idi. Hazırkı halda kütlənin nə qədər aşıldığı göstərilmədiyinə görə şikayət ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İXM-nin 353.2 maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 353.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənləri, iş materiallarında olan icazə verilən makisumum kütləni və daşınan yüklərin kütləsini təsdiq edən sənədləri, həmçinin qərarından şikayət verilmiş orqanın məhkəmənin sorğularını cavablandırılmamasını, məhkəmə iclasında qərarını müdafiə edəcək nümayəndəsinin iştirakını təmin etməməsini və həmin qərarın verilməsi üçün əsas olan sənədlərin məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 şikayəti təmin edilməlidir və onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ polis polkovniki X7 tərəfindən qəbul olunmuş «X9, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı və onun doğurduğu nəticələri ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-94/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-94/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver