Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-96/2021 04.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx xxx 1973-cü ildə Qusar rayonu Gican kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(029)- 41/2016 saylı icra sənədinə əsasən Şəxs xx xxxx 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq xx xxx 2003-cü il təvəllüdlü X1 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X2 verilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment öhdəliyinin icrasından yayınmış, hal-hazırda onun 5240 manat məbləğində aliment borcu vardır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, aliment ödəməyə imkanı olmadığından həmin alimenti ödəmədiyini, hazırda da alimenti ödəmək iqtidarında olmadığını göstərmiş və barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx xxx 2017-ci il tarixli 2304/17 saylı bildirişin surətindən görünür ki, Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-41/2016 saylı xx xxxx 2016-cı il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli 686/2021 saylı bildirişin surətindən görünür ki, yaranmış 5150 (beş min yüz əlli) manat aliment borcunun 10 gün müddətində tələbkara ödənilməsi barədə həmin şəxsə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(029)- 157/2020 saylı qərarının surətindən görünür ki, Şəxs Qusar rayon məhkəməsinin 2(029)- 41/2016 saylı xx xxxx 2016-cı il tarixli icra sənədinin icrasından yayındığına görə Azərbaycan Respublikasının CM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, həmin şəxs imkanı olmadığından aliment ödəmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2021-ci il tarixli 779/21/08 saylı arayışından görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-41/2016 saylı xx xxxx 2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs 5240 (beş min iki yüz qırx) manat məbləğində aliment borcu yaranmışdır. Göründüyü kimi, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-41/2016 saylı xx xxxx 2016-cı il tarixli icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmış, buna görə əvvəllər Qusar rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmiş, lakin bundan sonra da, həmin icra sənədinin icrasını təmin etməmiş, bundan qərəzli olaraq boyun qaçırmış, hazırda icra sənədi üzrə aliment borcu 5240 manat təşkil edir. Həmin şəxs öz izahatlarında aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə aliment borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-96/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-96/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver