Məhkəmə qərarları › İş №3(029)-98/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-98/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-98/2021 15.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxxxx 1972-ci ildə Qusar rayonu Əvəcuq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli ailəli, işləməyən Şəxs barəsində Qusar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 5 saylı Ekologiya və təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2018-ci il tarixli cərimə olunması barədə qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində həmin cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün xx.xx.2021-ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Ekologiya və təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, 5 saylı Ekologiya və təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli 438/21 saylı bildirişin surətindən görünür ki, 5 saylı Ekologiya və təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********10 saylı məktubdan görünür ki, Şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatının surətindən görünür ki, o, işləmədiyindən, iş yeri tapa bilmədiyindən cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, borclu Şəxs icra sənədinin könüllü icrası üçün müddət verilmiş və könüllü icra üçün müəyyən olunmuş müddət bitəndən sonra məcburi icra tədbirlərinə başlanmış, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərinin olub-olmaması, yaşayış və iş yeri, digər gəlirləri barədə sorğular verilmiş, nəticədə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı və ya digər qiymətli əşyası aşkarlanmamış, bank hesabının və əmanətlərinin olmadığı məlum olmuşdur. Borclu Şəxs ailəlidir, işləmir, adına tələbin yönəldilə biləcəyi daşınmaz əmlakı, pay torpaq sahəsi, avtonəqliyyat vasitəsi, banklarda əmanətləri və digər gəlirləri aşkarlanmamışdır. İş materiallarında olan Şəxs barəsində elektron məlumatlardan çıxarışın surətindən görünür ki, həmin şəxsin adına nəqliyyat vasitəsi, işləməsinə dair əmək müqaviləsi, ünvanlı sosial yardım, pensiya, bank hesabı məlumatları, sosial ödənişlər və vergi ödənişləri barədə məlumatlar aşkar olunmamışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli 86/2020 saylı və xx.xx.2020-ci il tarixli 86/20 saylı bildirişlərdən görünür ki, həmin şəxsə üzərində olan öhdəliyə əməl etməsi xəbərdarlıq edilmiş, əks halda barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 99.1, 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikasının İXM-də bütün növ inzibati xətalara (davam edən inzibati xətalar da daxil olmaqla) dair inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydası və müddəti dəqiq müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs 1000 (min) manat məbləğində cərimə edilməsinə dair 5 saylı Ekologiya və təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2018-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra həmin cərimə qanunla müəyyən edilmiş müddətdə-yəni 30 gün müddətində ödənilmədiyinə görə məcburi icraya yönəldilmiş, Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin qərar xx xxxxxx 2019-ci il tarixdə icraata qəbul edilmiş, həmçinin həmin tarixdə Şəxs həmin cərimənin 10 gün müddətində ödənilməsi barədə bildiriş göndərilmişdir. Lakin, həmin bildiriş göndərildiyi vaxtdan 10 gün müddətində həmin cərimə ödənilməmiş və bu səbəbdən də, icra sənədi üzrə məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri zamanı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs, tələbin yönəldilə biləcəyi heç bir gəlirləri və əmlakları aşkar olunmamışdır. Qusar rayon İcra və Probasiya Şöbəsi məcburi icra tədbirlərinə başlanıldığı vaxtdan 2 ay keçməsinə, bununla da, Şəxs tərəfindən İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə baxmayaraq, sonuncunun barəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda bunu etməmiş, xx xxxxxx 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icra işini əsassız və qanunsuz olaraq hərəkətsiz saxlamışdır. Hal-hazırda isə hazırkı inzibati xətanın törədildiyi vaxtdan 2 (iki) ilə yaxın müddət keçmiş və bununla da, Şəxs törətdiyi inzibati xətaya görə onun inzibati məsuliyyətə cəlb edilməsinin qanunla müəyyən edilmiş müddəti keçmişdir. Belə ki, Qanunverici orqan belə növ inzibati xətalara görə konkret olaraq 2 ay müddət müəyyən etmişdir. Hazırkı inzibati xəta isə cərimə barədə yuxarıda göstəilən məlum qərar Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata qəbul edildikdən 2 ay müddət keçdikdən sonra aşkar olunmuşdur. Həmin müddət xx xxxx 2019-cu il tarixdə başa çatmış, həmin vaxt icra məmuru tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib edilməli idi. Qanunun mənasına görə həmin inzibati xətanın törənmə anı məhz 2 ay müddətin bitdiyi gün hesab olunur. Lakin, icra məmuru süründürməçiliyə yol verərək qanunun müddətlə bağlı tələbini kobud surətdə pozaraq 2 ilə yaxın müddət keçdikdən sonra hazırkı inzibati xəta haqqında protokolu tərtib etrmişdir. Qanunda isə inzibati xəta törətmiş şəxs barədə icra məmurunun istədiyi və ona münasib vaxtda inzibati protokol tərtib etməsi nəzərdə tutulmamış, konkret müddətlər müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb hesab edirəm ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyi üçün işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyi üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar