Məhkəmə qərarları › İş №3(029)-98/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-98/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-98/2023 11.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X5 Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Hüquqi ünvanı ünvan 1 Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Şimal regional X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: 10 mart 2023-üi il tarixdə hüquqi ünvanı Qusar şəhəri Ç.Qurbanov küçəsi 18 olan Şəxs MMC-nin Qusar şəhəri Ə.Səfixanov küçəsində yerləşən təsərrüfat obyektində keçirilmiş YTM yoxlaması zamanı X1 (YTQ 01.2001) 2.1, 6.9, 9.3, 10.4-cü bəndlərinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. Həmin faktla bağlı X3 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru X2 tərəfindən hüquqi şəxs «Riad firması” MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Riad firması” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X3 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin idarənin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək işlərinin çox olması səbəbindən məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq Şəxs firmasının inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş X3 Xidməti Şimal regional X3 İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin 10 mart 2023-cü il tarixli 574 saylı yanğın-texniki müayinə aktının surətindən görünür ki, həmin nazirliyin Şimal RDYNŞ-nin böyük inspektoru X2 tərəfindən Şəxs firmasının direktoru Tiflisə Həzərovanın iştirakı ilə Qusar şəhəri Ə.Səfixanov küçəsində yerləşən binada yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, bina ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməmişdir. Binanın daxili elektrik naqillərinin sazlığı barədə mütəxəssis aktı tərtib edilməmişdir. Ticarət obyektinin gözə görünən yerlərində FHN-nin 101-112 telefon nömrələri aşkarlanmamışdır. Mərkəzdə yerləşən obyektlər yanğın xəbərdaredici siqnalizasiya qaydaları ilə təmin edilməmişdir. Obyekdə işləyən işçilər yanğına qarşı təlimatlandırılmamışlar. Azərbaycan Respublikasında X1 2.1-ci bəndinə əsasən inzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır. Həmin Qaydaların 6.9-cu bəndinə əsasən sofitləri quraşdıran zaman ancaq yanmayan materiallardan istifadə etməli, onların gövdəsi isə saxlayıcı trosdan təcrid (izolyasiya) olunmalıdır. Həmin Qaydaların 9.3-cü bəndinə əsasən yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır. Həmin Qaydaların 10.4-cü bəndinə əsasən otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs «Riad firması” MMC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Qusar şəhəri Ə.Səfixanov küçəsində yerləşən ticarət obyektində X1 tələbləri pozulmaqla binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməməsi, binanın daxili elektrik naqillərinin sazlığı barədə mütəxəssis aktının tərtib edilməməsi, ticarət obyektinin gözə görünən yerlərində FHN-nin 101-112 telefon nömrələrinin olmaması, mərkəzdə yerləşən obyektlərin yanğın xəbərdaredici siqnalizasiya qaydaları ilə təmin edilməməsi, obyekdə işləyən işçilərin yanğına qarşı təlimatlandırılmaması, bununla da, həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Odur ki, həmin hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Riad firması” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Riad firması” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin hüquqi şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Hüquqi şəxs «Riad firması” MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar