Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-99/2021 09.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1994-cü ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilnib 50 (əlli) manat məbləğində cərimə olunmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə “mahmudamrahovqusarlezgin” adlı hesabla “Tik-tok” sosial şəbəkəsində həmkəndlisi Radik Məhsimovu təhqir edən videoçarx paylaşaraq ictimai qaydanı pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin Həzrə PB-nin polis sahə rəisi, polis kapitanı Eşqin Tahirov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, həqəqətən də, “Tik-tok” sosial şəbəkəsində özünə məxsus hesabda həmkəndlisi Radik Məhsimovun barəsində videoçarx paylaşaraq onu təhqir etdiyini bildirmiş və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Qusar RPŞ-nin Həzrə PB tərəfindən Qusar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 288, 293 və 294 saylı məktubların surətlərindən görünür ki, Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 300 (üç yüz) manat, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 300 (üç yüz) manat, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunaraq 50 (əlli) manat cərimə olunmuşdur. Lakin, Şəxs ona təyin olunmuş cərimələri ödəməmişdir. İş materiallarında olan Qusar RPŞ-nin Həzrə PB tərəfindən Şəxs ünvanlanmış 151- 556-1220 saylı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, həmin şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 350 (üç yüz əlli) manat cərimə olunmuşdur. Təyin olunmuş cəriməni müəyyən edilmiş vaxtda ödəmədiyi üçün barəsində toplanmış inzibati material Qusar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin Həzrə PB tərəfindən Qusar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 151-555-1220 saylı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 350 (üç yüz əlli) manat cərimə olunmuşdur. Təyin olunmuş cəriməni müəyyən edilmiş vaxtda ödəmədiyi üçün barəsində toplanmış inzibati material icra olunması üçün həmin şöbəyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun eyni inzibati xətanı il ərzində təkrar törötməsi məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir, məsuliyyəti yüngülləşdirən hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Belə ki, həmin şəxs qanunazidd əməllərə meyilli şəxsdir, il ərzində artıq bir dəfə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmuş, həmin cəriməni isə ödəməmişdir. Bundan başqa, həmin şəxs başqa inzibati xətalara görə də cərimə olunmuş, lakin həmin cərimələri də ödəməmişdir. Bununla da, həmin şəxsin barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən yenidən yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Odur ki, hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 11:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-99/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-99/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver