Məhkəmə qərarları › İş №3(029)-99/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-99/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-99/2023 10.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Hüquqi şəxs «RİAD FİRMASİ” MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Şimal regional X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən «RİAD FİRMASİ” MMC-nin nəzdindəki Ticarət mərkəzində keçirilmiş YTM zamanı AR yanğın təhlükəsizliyi haqqında AR qanunun 23-cü maddəsinin tələbi pozulmuşdur. Həmin faktla bağlı X3 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru d/x mayoru X2 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs «RİAD FİRMASİ” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. X3 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X1 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Ədliyyə Nazirliyi reyestr çıxarışı verəndən sonra illik plan qurub yoxlama müddəti təyin edilib obyektlərə yoxlama aparılır. Sahibkarlıq obyektində yoxlama reyestrindən çıxarış əsasında yoxlama aparılmışdır. Obyektdə eyni nöqsanlar təkrarlanır. Obyektə yanğın-texniki müayinə keçirilmişdir. Yanğın-texniki müayinə zamanı obyektdə nələr olduğu sorğu-sual əsasında akt yazılmışdır. Məsul şəxs imza etməkdən imtina etmişdir. Həmin akt əsasında Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokolun surəti və aktın surəti təqdim edilmişdir. Protokol düzgün tərtib edilmişdir. Odur ki, qanuni qərar qəbul etməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «RİAD FİRMASİ” MMC məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «RİAD FİRMASİ” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 574 saylı yanğın-texniki müayinə aktından görünür ki, bina ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməmişdir. Binanın daxili elektrik naqillərin sazlığı barədə mütəxəssis aktı tərtib edilməmişdir. Ticarət mərkəzin gözə görünən yerlərində FHN-nin 101-112 telefon nömrələri asılmamışdır. Ticarət mərkəzi icbarı qaydada sığortalanmamışdır. Mərkəzdə yerləşən obyektləri yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməmişdir. Obyektdə işləyən işçiləri yanğına qarşı təlimatlandırılmamışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «RİAD FİRMASİ” MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs «RİAD FİRMASİ” MMC-nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2023-cü il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə- fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «RİAD FİRMASİ” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «RİAD FİRMASİ” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs «RİAD FİRMASİ” MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs «RİAD FİRMASİ” MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-сi maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar