Məhkəmə qərarları › İş №3(029)-99/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-99/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-99/2025 22.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4, xx.xx.1961-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Scania R420 YÜK” markalı, 57AC785/57ZA285 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 21.10,2024-cı il tarixdə saat 14:30 radələrində rentgen yoxlamasından keçirilmişdir. Nəqliyyat vasitəsinə rentgen yoxlaması zamanı, nəqliyyat vasitəsinin yük yerinin döşəməsində şübhəli cizgilərin olduğu müəyyən edilmişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki döşəmənin altından gömrük nəzarət indən gizlədilmiş 40 kq ‘“X2” markalı kərə yaqı , “KAMAZ” markalı nəqliyyat vasitəsi üçün starter-2 ədəd, “KAMAZ” markalı nəqliyyat vasitəsi üçün hava baçoku-2 ədəd, “TRAKTOR” markalı nəqliyyat vasitəsi üçün starter- 1 ədəd, "QAZEL" markalı nəqliyyat vasitəsi üçün starter- 2 ədəd, “QAZEL” markalı nəqliyyat vasitəsi üçün reduktor-1 ədəd, “KAMAZ" markalı nəqliyyat vasitəsi üçün kompressor- 1 ədəd, “QAZEL” markalı nəqliyyat vasitəsi üçün dinamo- 1 ədəd, “KAMAZ" markalı nəqliyyat vasitəsi üçün palos- 2 ədəd, “QAZEL" markalı nəqliyyat vasitəsi üçün arxa amartizator- 2 ədəd, “QAZEL" markalı nəqliyyat vasitəsi üçün qabaq amartizator-2 ədəd,1 ədəd donkrat, 50 metr kabel, nəqliyyat vasitəsinin yük verindən gömrük nəzarətinə bəyan olunmayan 60 litr “Rowe 5w- 30” markalı motor yağı aşkar olunaraq protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 23.01 2025-ci il tarixli, 016/24-X saylı ekspertiza aktına əsasən, tədqiqata təqdim edilmiş malların dəyəri 2640 manat təşkil edir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480 və 482.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli 01400-00811/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərdi ki, o, həqiqətən də, protokolda göstərilən malları idarə etdiyi yük avtomobilinin xüsusi düzəldilmiş yerinə yığıb gömrükdən keçirmişdir. “Kamaz” markalı avtomobil üçün gətirdiyi malları özünün avtomobili üçün gətirmişdir. O, bunun qadağan olunduğunu bilməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs yuxarıda sadalanan mallarının bir qismini Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən bəyan etmədən, digər qismini isə gömkür nəzarətindən gizli keçirməsi təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxsin əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin maddələrlə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən törədilmiş hər iki inzibati xətanın sanksiyası eynidir və bu səbəbdən də hesab edirəm ki, onun barəsində hər iki maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 2640 manat təşkil edən, 40 kq ‘“X2” markalı kərə yağı , “KAMAZ” markalı nəqliyyat vasitəsi üçün starter-2 ədəd, “KAMAZ” markalı nəqliyyat vasitəsi üçün hava baçoku-2 ədəd, “TRAKTOR” markalı nəqliyyat vasitəsi üçün starter- 1 ədəd, "QAZEL" markalı nəqliyyat vasitəsi üçün starter- 2 ədəd, “QAZEL” markalı nəqliyyat vasitəsi üçün reduktor-1 ədəd, “KAMAZ" markalı nəqliyyat vasitəsi üçün kompressor- 1 ədəd, “QAZEL” markalı nəqliyyat vasitəsi üçün dinamo- 1 ədəd, “KAMAZ" markalı nəqliyyat vasitəsi üçün palos- 2 ədəd, “QAZEL" markalı nəqliyyat vasitəsi üçün arxa amartizator- 2 ədəd, “QAZEL" markalı nəqliyyat vasitəsi üçün qabaq amartizator-2 ədəd, 1 ədəd donkrat, 50 metr kabel, 60 litr “Rowe 5w- 30” markalı motor yağı müsadirə edilsinlər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar