Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-10/2025 04.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə İXP6693762 nömrəli elektron protokol əsasında qəbul edilmiş qərardan razı olmadığımdan Baş Dövlət Yol Polisi İdarəsinə və digər aidiyyəti qurumlara elektron şikayət ərizəsi ilə müraciət etmişdir. İnzibati xətanı xx.xx.2024-cü il tarixdə törətdiyi göstərilsə də, inzibati xətaya dair protokol xx.xx.2024-cü ildə tərtib edilmişdir. Onun fikrinə görə arada 20 gün müddətin olması qeyriqanunidir. Həmçinin yol hərəkəri əlehinə olan inzibati xətalar xüsusi elektron vasitələrlə müəyyən edildikdən sonra ona heç bir məlumat verilməmişdir. Dəfələrlə yuxarı instansiya orqanlarına şikayət etmiş, lakin bu günə kimi onun şikayətinə cavab verilməmişdir. Odur ki, barəsində tərtib olunmuş Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndə qismində hər hansı əməkdaş və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişlər. AR İXM-nın 133-cü maddəsinin tələblərinə uyğun olaraq işə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayətə əlavə edilmiş Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 ilə AR İXM-nın 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X1 İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə olunmasına dair Bakı şəhər BDYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, X1 AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər BDYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilsə də, protokolu tərtib edən şəxs, X1 yaşadığı və qeydiyyatda olduğu ünvana göndərməmişdir. Bu baxımdan protokol əsassız olaraq tərtib olunduğuna görə ləğv edilməli və inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən (inzibati xəta hadiəsi olmadığına görə) xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şikayətə məhkəmədə baxılarkən inzibati xətanın törədilməsini əks etdirən iş materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə prosessual qənaət və işlərə ağlabatan müddətdə baxılması prinsiplərini, AR İXM-nın inzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsinə dair müddəalarını rəhbər tutaraq, məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə belə qənaətə gəlir ki, rəsmi qaydada göndərilmiş bildiriş və məktublara Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən heç bir cavab verilməməsi, inzibati xəta üzrə olan materialların məhkəməyə göndərilməsinin tələb olunmasına baxmayaraq hərəkətsizlik göstərilərək materialların təqdim olunmaması inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan halların müəyyən edilmədiyinə, inzibati xəta hadisəsinin, inzibati xəta törətməkdə şəxsin təqsirinin, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halların sübut olunmamasına dəlalət edir. Şikayətə məhkəmədə baxılarkən inzibati xətanın törədilməsini əks etdirən iş materialları məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, X1 AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər BDYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, protokolu tərtib edən səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bu baxımdan qərar ləğv edilməlidir. Həmçinin, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasın qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən şikayətə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilir və ya qərar ləğv edilərək yeni qərar çıxarılır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114, 128-130, 135.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X3 barəsində Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələssinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-10/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-10/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver