Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-100/2023 19.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1981-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs AR İXM-nin 339.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində cərimə təyin olunmasına dair AR DİN BDYPİ-nin qərarlarını qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada poçt vasitəsi ilə məlumat verilmiş Şəxs üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 11767226 və EQ 11481301 nömrəli protokollar əsasında çıxarılmış eyni nömrəli qərarlar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2023-cü il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “VAZ 21063 MİNİK” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili AR BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ 11767226 nömrəli protokolu əsasında çıxarılmış eyni nömrəli qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə olunmuşdur İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 339.1-1-ci maddəsi ilə tərtib olunmuş EQ 11767226 nömrəli protokolu əsasında çıxarılmış eyni nömrəli inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 50 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və halhazırda dəbbə pulu ilə birlikdə cəmi 80 manat təşkil etmişdir. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2023-cü il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “VAZ 21063 MİNİK” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili AR BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ 11481301 nömrəli protokolu əsasında çıxarılmış eyni nömrəli qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə olunmuşdur İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 339.1-1-ci maddəsi ilə tərtib olunmuş EQ 11481301 nömrəli protokolu əsasında çıxarılmış eyni nömrəli inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 50 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və halhazırda dəbbə pulu ilə birlikdə cəmi 80 manat təşkil etmişdir. İşə əlavə olunmuş “ASANPAY” ödəniş portalının çıxarışından görünür ki, Şəxs barəsində tərtib olunmuş EQ 11767226 və EQ 11481301 nömrəli protokollar əsasında çıxarılmış eyni nömrəli inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş cərimə ödənilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. AR İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 339.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev Hörmətlə, Sədr vəzifəsini müvəqqəti icra edən: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-100/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-100/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver