Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-100/2024 30.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası BDYPİ-nin Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ 18681324 nömrəli, EQ 18830493 nömrəli və EQ 19313598 nömrəli elektron qərarlarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası BDYPİ-nin elektron qərarları Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ 18681324 nömrəli, EQ 18830493 nömrəli və EQ 19313598 nömrəli elektron qərarları ilə X5 AR İXM-nın 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə inzibati cərimə olunmuşdur. X5 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası BDYPİ-nin Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ 18681324 nömrəli, EQ 18830493 nömrəli və EQ 19313598 nömrəli elektron qərarlarının əsassız olduğu üçün ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, atası X4 “Hyundai” markalı 77MG391 nömdəli dövlət qeydiyyat nişanlı avtomobili öz adına etibarnamə ilə almışdır. Məqsədi olmuşdur ki, atasını vəziyyəti bir qədər yaxşılaşan kimi o, avtomobili atası onun adından öz adına qeyd etdirsin. Lakin avtomobil həmişə faktiki olaraq atasının istifadəsində olmuşdur. Ona görə də avtomobilə dair etibarnamə onun adına olsa da avtomobili faktiki olaraq həmişə atası Zahid Bayramovun istifadəsində olmuşdur. Odur ki, yazılmış hər üç protokolla olan cərimələrinin silinməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı Azərbaycan Respublikası BDYPi-nə və şikayət vermiş şəxs X3 rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndə qismində hər hansı əməkdaş və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişlər. AR İXM-nın 133-cü maddəsinin tələblərinə uyğun olaraq işə Azərbaycan Respublikası BDYPİ-nin nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə olan inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası BDYPi-nin EQ 18681324 nömrəli, EQ 18830493 nömrəli və EQ 19313598 nömrəli elektron qərarlarının surətindən görünür ki, müəyyən edilmiş sürət həddi aşıldığı üçün X5 İXM-nın 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X5 şikayətində atasının avtomobili hansı əsasla idarə etmiş olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin elektron qərarlardan qanunla nəzərdə tutulmuş qaydada şikayət vermə müddəti ötürülmüşdür. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında müqayisəli surətdə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası BDYPi-nin elektron qərarları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR İXM-nin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunmasın. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə olan inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası BDYPİ-nin elektron qərarları dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-100/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-100/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver