Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-102/2024 07.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə tərtib olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nın 518.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Regional X3 İdarəsinin X3 şöbəsinə və Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Gəncə Regional X3 İdarəsinin X3 şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Protokola əlavə edilmiş yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin xx.xx.2024-ci il tarixli, 1844 nömrəli qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, müayinə (YTM) aparılarkən müayinə aparan orqanın (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə sahibkar aparılan müayinənin (yoxlamanın) nəticələrindən razı qalmadıqda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR qanunun 34-ci maddəsinə əsasəninzibati inzibati və məhkəmə qaydasında şikayət verilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR qanunun 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Azərbaycan Respublikası İnzibati İcraat Haqqında Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 80-cı maddəsinə əsasən inzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası: inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya, inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya, inzibati aktı dəyişdirir. Göründüyü kimi Yanğın Nəzarəti İdarəsi sahibkarlıq obyektində yoxlama həyata keçirmişdir. Yoxlama nəticəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında haqqında xx.xx.2024-ci il tarixli, 1844 nömrəli qərar qəbul edilmişdir. Məzmunundan göründüyü kimi həmin qərar inzibati xəta tərkibinin əlamətlərini özündə əks etdirən məlumatlar göstərilən və inzibati xəta haqqında iş üzrə icraata başlanmasına əsas olan aktdır. Qanunvericiliyə əsasən barəsində yoxlama həyata keçirilmiş hüquqi şəxsin həmin qərardan 30 gün ərzində inzibati və məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Lakin, Yanğın Nəzarəti İdarəsi qərardan 30 günlük şikayət verilmə müddətini gözləmədən qərarla eyni gündə, yəni xx.xx.2024-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Buradan belə nəticəyə gəlinir ki, həmin qərardan şikayət veriləcəyi və həmin qərar ləğv ediləcəyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanmasına və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş hallar aradan qalxmış olur. İnzibati xəta haqqında protokol tərtib olunarkən işin bu halı nəzərə alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmaması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardandır. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 105, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-102/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-102/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver