Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-104/2023 19.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədriliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1946-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Gəncə şəhəri, İ.Orucov küçəsi ev 8-də qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 07 aprel 2023-cü il tarixdə saat 11:15-də Daşkəsən şəhəri, H.Əliyev prospektində yerləşən Daşkəsən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında «VAZ 21214» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalı ilə qabaqcadan təchiz edərək istifadə etməklə idarə etmişdir. Bununla da Şəxs AR İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X1 izahatında göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə saat 11:15-də Daşkəsən şəhəri, H.Əliyev prospektində yerləşən Daşkəsən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Daşkəsən RPŞ-nın DYPB-nın digər YPX inspektoru X2 ilə birlikdə xidmətdə olarkən «VAZ 21214» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi nəqliyyat vasitəsini müvafiq icazə olmadan qabaqcadan quraşdırılmış, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan xüsusi (çoxavazlı) səs siqnalından istifadə etdiyinə görə tərəflərindən saxlanılmışdır. Daha həmin nəqliyyat vasitəsi Daşkəsən RPŞ-nın müvəqqəti saxlama duracağına dəvət edilmiş və sürücü Şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla səs siqnalları avtomobildən sökülərək aidiyyatı üzrə baxılması üçün inzibati material ilə birlikdə məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən protokol üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini qismən etiraf edərək izahatında göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə saat 11:15-də Daşkəsən şəhəri, H.Əliyev prospektində yerləşən Daşkəsən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında idarə etdiyi «VAZ 21214» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektorları saxlayaraq xüsusi (çoxavazlı) səs siqnalından istifadə etdiyini ona bildirmişlər. YPX əməkdaşları daha sonra onu Daşkəsən RPŞ-yə dəvət etmiş və özünün iştirakı ilə videoçəkiliş aparılmaqla səs siqnalları avtomobilindən sökülmüşdür. Avtomobilinin üzərində xüsusi (çoxavazlı) səs siqnallarının olmasından xəbəri olmamışdır. Belə ki, maşını alarkən ona bu haqda məlumat verilməmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növünü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı baxış keçirilmiş videogörüntüdən görünür ki, Şəxs idarə etdiyi «VAZ 21214» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin motorxana hissəsində yerləşən ehtiyat təkərin alt hissəsində kustar üsulla xüsusi (çoxavazlı) səs siqnalı və onun avadanlıqları quraşdırılmış, həmin səs siqnalı Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektorları tərəfindən dəvət edilmiş şəxs tərəfindən Şəxs iştirakı ilə akt tərtib olunmaqla sökülmüşdür. İşdə olan 07 aprel 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 aprel 2023-cü il tarixdə saat 11:15-də «VAZ 21214» markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozaraq müvafiq icazə olmadan nəqliyyat vasitəsində xüsusi səs ilə təchiz edilməsi hallarına yol verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, yol patrul xidmətinin inspektornun izahatını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, Şəxs inzibati törətməsi onun özünün qismən etirafı ilə yanaşı, 07 aprel 2023-cü il tarixdə Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru polis serjantı X2 tərəfindən tərtib olunm İXP ******* saylı инзибати хята щаггында протоколла вя ишин диэяр щаллары ilə kifayət qədər сцбута йетирилмиш, düzgün olaraq onun əməli AR İXM-nin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur. AR İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən törədilmiş xətanın xarakterini, əməlini qismən etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini və şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə onun barəsində inzibati xətanın predmeti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 manat məbləğində inzibati cərimə tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın predmeti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 (on) faizi miqdarında ödənişdən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 (iki) aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-104/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-104/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver