Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-106/2023 14.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ İş № 3 - (030) 106 / 2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL «13» aprel 2023-cü il Daşkəsən şəhəri Daşkəsən Rayon Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Daşkəsən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim: Mustafa Mustafayev 3(030)- 106/ 2023 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD «13» aprel 2023-cü il Daşkəsən şəhəri Mən, Daşkəsən Rayon Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Daşkəsən rayon İcra və Probasiya Şöbəsi tərəfindən protokol tərtib edilərək Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş Daşkəsən Rayon Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-cü maddəsində nəzərdə tutuluş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, qərara aldım: 1) İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. 2) İşə xx.xx.2023-cü il tarixdə 11:00-da baxılsın. 3) İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirak etmələri təmin edilsin. 4) İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Sədrlik vəzifəsini müvəqqəti icra edən: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-56-44. İş № 3(030)-106/2023 13 aprel 2023-cü il Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə Surəti: Şəxs (Daşkəsən rayonu Y.Daşkəsən qəsəbəsi, A.Ələsgər küçəsi ev 21-də yaşayan) Surəti: Zərərçəkmiş şəxs (Daşkəsən rayonu Y.Daşkəsən qəsəbəsi, Zevin küçəsi ev 2-də yaşayan) Daşkəsən rayon İcra və Probasiya Şöbəsi tərəfindən inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokolu baxılması 14 aprel 2023-cü il tarixə saat 14:45-ə Daşkəsən Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Göstərilən tarixdə şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə məhkəmə iclasında iştirakınız zəruridir. Qeyd: 1)İşdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsi təklif olunur. 2)İşdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Sədr vəzifəsini müvəqqəti icra edən: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-106/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-106/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver