Məhkəmə qərarları › İş №3(030)-106/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-106/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-106/2024 04.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1947-ci ildə Daşkəsən rayon Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Daşkəsən şəhəri, Nizami küçəsi ev 5A-da qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin İTB-nin sahə rəisi Məmmədov Fəhmin oğlu tərəfindən X2 AR İXM-nin 157-ci maddəsində nəzərdə inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol Daşkəsən rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs verdiyi ifadəsində göstərmişdir ki, Tərlan Alıyeva onlar maşında olarkən onlara yaxınlaşmış və onun boğazından tutmuşdur. O , da Tərlan Alıyevanı sinəsində tutaraq itələmişdir. Lakin, X3 döyməmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi ifadəsində göstərmişdir ki, Şəxs onu döymüşdür. O, xəstədir. Pisxoliji pozuntusu var. Məhkəmə inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati işin materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs əməlində cinayət hadisəsi olmadığı üçün Daşkəsən rayon polis şöbəsinin TQ-nin təhqiqatçısı Vitaliy Cəfərovun 29 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasınının rədd olunmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-NİNn157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Həmin qərarın qəbul edilməsindən 3 aydan artıq müddət ötnüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. AR İXM-nin 157-ci maddəsinə əsasən məhkəmə şəxsə döyməyə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar