Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-107/2024 04.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1 iştirakı ilə, xx.xx.2005-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Kəmərqaya kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin İTB-nin sahə rəisi Məmmədov Fəhmin oğlu tərəfindən Şəxs AR İXMnin 157-ci maddəsində nəzərdə inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək Daşkəsən rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs verdiyi ifadəsində göstərmişdir ki, X4 döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi ifadəsində göstərmişdir ki, onlar maşında olarkən Şəxs onlara yaxınlaşmış və onun boğazından tutmuşdur. O , da Şəxs sinəsindən itələmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs müdafiəçisi X3 vəsatət verərək Şəxs psixoloji problemlərinin olmasını və Südabə Ziloyevanı döymədiyindən inzibati xəta haqqında işin icraatın xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və müdafiəçinin izahatını dinləyib, inzibati işin materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38.3-cü maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Şəxs əməlində cinayət hadisəsi olmadığı üçün Daşkəsən rayon polis şöbəsinin TQ-nin təhqiqatçısı Vitaliy Cəfərovun 29 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasınının rədd olunmuşdur. Şəxsin inzibati xətanı törətdiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Həmin qərarın qəbul edilməsindən 3 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. AR İXM-nin 157-ci maddəsinə əsasən məhkəmə şəxsə döyməyə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-107/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-107/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver