Məhkəmə qərarları › İş №3(030)-109/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-109/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-109/2024 11.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin sahə rəisi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, 1936-cı ildə Daşkəsən rayon Zağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, pensiyaçı,Daşkəsən rayon Zağalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Zağalı kəndində qonşusu Zərərçəkmiş şəxs məxsus evin həyətinin hasarını dağıtması ilə bağlı barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Quliyeva X5 rayon Zağalı kəndində qonşusu Zərərçəkmiş şəxs məxsus evin həyətinin hasarını dağıdaraq İXM-nın 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 bildirmişdir ki, Daşkəsən rayon Polis şöbəsinin təhqiqatçısının xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən X4 Zərərçəkmiş şəxs məxsus evin həyətinə çəkilmiş hasarını dağıtması nüəyyən edilmişdir. TQ-nun qərarı ilə zərərçəkmiş şəxsə 400 (dörd yüz) manat ziyan vurulması müəyyən edilmişdir. Ona görə də X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs evi sonradan tikdirmişdir. Zərərçəkmiş şəxs evi olmamışdan qabaq həmin ərazidə 6 (altı) metrlik bir keçid olmuşdur. Lakin Zərərçəkmiş şəxs həmin keçidin üzərindən darvaza qoydurmuşdur. Həmin ərazi üzərində hasar çəkdirmişdir. Dəfələrlə ona yol verməsini istəmişdir. Zərərçəkmiş şəxs bunlara məhəl qoymamışdır. Yolun ona aidiyyatı olmamışdır. Məcburiyyətdən həmin yeri dağıtmışdır. Həmin iş üzrə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismindən dindirilən Zərərçəkmiş şəxs bildirmişdir ki, 06 (altı) sot torpaq sahəsini 2013-cü il tarixdə almışdır. Həmin torpaq sahəsini dəmir torla hasarlamışdır. Sonra isə dəmir tor əvəzinə mişar daşından hasar çəkmişdir. Evin həyətinə çəkdiyi hasarın 05 kv.m hissəsini dağıtmışdır. Hər kv.m üçün 25 mişar daşı istifadə olunur, bundan başqa sement və qum işlədilir. İş görən ustaya zəhmət haqqı verilir ki, bunların da dəyəri 400 manat təşkil edir. hia dağıtmışdır. Odur ki, dağıdılma nəticəsində ona 400 manat ziyan dəymişdir. Sökülən daşlar oğurlanmışdır. Bununla bağlı Polis şöbəsinə müraciət etmişdir. Məhkəmədən dəymiz ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, habelə inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb hesab edir ki, X7 barəsində protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onları tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş Daşkəsən rayon Polis şöbəsinin təhqiqatçısının “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarında Şəxs AR İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanın məbləğinin 400 manat olması göstərilmişdir. Həmin qərarda ziyanın 400 manat olması hər hansı bir sübuta əsasən deyil, şikayətçinin ərizəsində yazdığı rəqəmlərə əsasən göstərilmişdir. Dəymiş ziyanla bağlı heç bir araşdırma aparılmadığı halda, inzibati xəta haqqında protokol tərtib edilərkən də, ziyan barədə hər hansı bir sübut əldə edilmədən həmin qərara əsaslanılmışdır. Göründüyü kimi ziyanın həcmi sübutlar əsasında müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin məbləği vurulmuş ziyanın həcminə əsasən müəyyən edilmişdir. Ona görə də, ziyanın məbləğini müəyyən edən sübutların mövcud olmaması işə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 75.0.5-ci maddəsinə inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardandır Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.3, 100.1.7, 100.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar