Məhkəmə qərarları › İş №3(030)-112/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-112/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-112/2024 06.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X22 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X9, tələbkar Əsgərova Hicran Qoşqar qızı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, işsiz, Daşkəsən şəhəri, A.Abdullayev küç ev 1B, mənzil 2-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-406/2023 saylı icra sənədi üzrə borclu Şəxs Əsgərova Hicran Qoşqar qızına 835 (səkkiz yüz otuz beş) manat məbləğində borcu vardır. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X9 bildirmişdir ki, aşkəsən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-406/2023 icra sənədi üzrə hər ay iki uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Şəxs hər ay cəmi 300 (üç yüz) manat məbləğində alimenti tələbkar Əsgərova Hicran Qoşqar qızına ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Əsgərova Hicran Qoşqar qızına 835 (səkkiz otuz beş) manat məbləğində aliment borcu qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Hazırda tələbkarın aliment borcunun alınmış ərzaq məhsulları ilə əvəzləşdirdiyindən və borcludan şikayəti olmadığını bildirdiyindən tələbkarın fikri ilə razlaşdığını bildirmişdir. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, məhkəmə qərarına əsasən tələbkar Əsgərova Hicran Qoşqar qızına 835 (səkkiz yüz otuz beş) manat aliment borcu qalmışdır. Hal-hazırda olan borcundan 300 manat ödəniş etmiş və borcunun qalan hissəsini növbəti ayın 20-nə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Əsgərova Hicran Qoşqar qızı izahatında bildirmişdir ki, Şəxs ona 835 (səkkiz otuz beş) manat məbləğində aliment borcu qalmışdır. Borclu halhazırda borcundan ona 300 manat ödəniş etmişdir. Lakin, borc tam ödənilmədiyi halda Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Nuriyev X11 Hicran Qoşqar qızına 300 manat məbləğində ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, icra məmurunun və müdafiəçinin izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə Şəxs tərəfindən borcun üçdə birindən artıq hissəsi ödənilmişdir, qalan hissənin isə növbəti ayın 20-nə qədər tam ödəyəcəyini bildirir. Belə olan halda borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim:. Kənan VəliyevDüzdür. Hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-47-55. İş № 3(030)-143/2023 31 may 2023-cü il Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə Surəti: X14 (Daşkəsən rayonu Bayan kəndi) Surəti: X6 (Daşkəsən rayonu, Qabaqtəpə kəndi) X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 3(030)-143/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti - «_02_» vərəqədə. Sədr vəzifəsini müvəqqəti icra edən: Mustafa Mustafayev № 3(030)-93/2024 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Daşkəsən Rayon Məhkəməsi 24 may 2024-cü il Daşkəsən şəhəri X15 Əli oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X9, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılır. İclas saat 17:45-da başlandı. Sədrlik edən məhkəmə iclasını açaraq X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında işə baxıldığını və işin qısa məzmununu elan edir. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclasının katibi məruzə edərək göstərir ki, məhkəmə iclasında Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X9, tələbkar X13 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X19 iştirak edirlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir: Protokol tərtib edən şəxs: X9 – xx.xx.1985-ci ildə Samux rayonu, Kolayır kəndində doğulmuş, evli, ali təhsilli, Daşkəsən şəhəri üzrə İcra şöbəsinin rəisi( ədliyyə qulluqçusu) vəzifəsində işləyən, Samux şəhəri, Gəncə küçəsi ev 10-da daimi qeydiyyatda olan və yaşayan. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs -xx.xx.1988-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, fəhləliklə məşğul olan, Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsində qeydiyyatda olmaqla, Gəncə şəhəri Məhsəti qəsəbəsi 9-cu küçədə yaşayan, Tələbkar: X10- xx.xx.1993-cü ildə Daşkəsən şəhərində anadan olmuş, Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsində yaşayan, Sədrlik edən məhkəmə tərkibini elan edərək bildirir: - məhkəmə iclasına sədrlik edir X15 Əli oğlu, məhkəmə iclas katibi X7. Sədrlik edən proses iştirakçılarına sədrlik edənə və iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107 və 108-ci maddələrində nəzərdə tutulmuş əsasları izah edərək, ondan sədrlik edənə və iclas katibinə etirazı olub-olmamasını soruşur. Proses iştirakçıları hər biri məhkəmənin tərkibinə etirazları olmadığını bildirdi. Sədrlik edən İnzibati xəta törətmiş şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi tutmaq hüquqlarını izah etdi. Müdafiəçisinin olub-olmadığını soruşdu və müdafiəçi dəvət etməyi təklif etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Məhkəmə iclasında hüquqlarımı vəkilin müdafiə etməsindən imtina edirəm. Hüquqlarımı özüm müdafiə edəcəm, bu mənim maddi imkanımla bağlı deyil. Xahiş edirəm ki, işi müdafiəçinin iştirakı olmadan davam etdirəsiniz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkildən imtina barədə ərizəsini məhkəməyə təqdim etdi. Sədrlik edən ərizəni qəbul edərək işə əlavə etdi. Sədrlik edən yerində qısa araşdıraraq, Qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtina etməsi qəbul edilsin. Məhkəmə iclası davam etdirilsin. Sədrlik edən İnzibati xəta törətmiş şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən proses iştirakçılarından işə baxılması ilə bağlı vəsatəti olubolmamasını soruşur. Proses iştiakçıları işə baxılması ilə bağlı vəsatətləri olmadığını bildirdi. Sədrlik edən inzibati xəta haqqında protokolu və digər sənədləri oxuyub elan edir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mahiyyətini və həmin əmələ görə müəyyən olunmuş məsuliyyəti izah edir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən ona istinad edilən əməlin mahiyyətinin ona aydın olub-olmamasını, həbelə özünü təqsirli bilibbilməməsini soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Mənə istinad edilən əməlin mahiyyəti mənə aydındır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özümü təqsirli bilirəm.Sədrlik edən protokol tərtib edən şəxsə izahat verməyi təklif edir. Protokol tərtib edən şəxs X9 izahatında göstərir: Şəxs Daşkəsən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-37/2023 saylı icra sənədi üzrə xx.xx.2012-ci il tarixdə anadan olmuş X16 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay hər uşaq üçün əvvəli xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmaqla Şəxs hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində alimenti tələbkar X6 ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və X1na 3600 manat məbləğində aliment borcu yığılıb qalmışdır. Borclu Şəxsna tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Protokolu tərtib edən şəxsə sual olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərir: Daşkəsən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-37/2023 saylı icra sənədinə əsasən, X1na 3600 (üç min altı yüz) manat borcum yığılıb. Maddi imkanım ilə əlaqədar aliment borcumdan ödəniş edə bilmirəm. Ona görə də hər ay aliment borcumdan 200 manat ödəniş edirəm. Bundan sonra da vaxtında 200 manat ödəməyi öhdəmə götürürəm. Məhkəmədən barəmdə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Sədrlik edən tələbkara izahat verməyi təklif edir. Tələbkar X13 izahatında göstərir: Daşkəsən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-37/2023 saylı icra sənədinə əsasən, Şəxs mənə 3600 manat borcu var. Uşaqlarımdan ikisidə mənim yanımda qalır. Borclu hər ay 200 manat aliment pulu verir. Yığılıb qalan aliment borcumdan ödəniş etməmişəm. Şəxs hər ay 300 manat aliment pulunu ödəməsini və yığılmış aliment borcundan hər ay hissə-hissə ödəməsini xahiş edirəm. Tələbkara sual olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərin vəsatətlərinin olub olmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda əlavə vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir və proses iştirakçılarından həmin sənədlərə dair sualı və işin mahiyyəti ilə bağlı nə kimi əlavələri, vəsatətləri olubolmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda elan olunan sənədlərə dair sual, əlavə və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən yerində qısa müşavirə edərək, qərara alır: Məhkəmə tədqiqi tamamlansın və çıxışlara başlansın. Sədrlik edən çıxış üçün Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verir. Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9: Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X19: Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün tələbkara söz verir. X1: Aliment borcundan hər ay hissə-hissə ödəməsini xahiş edirəm. Sədrlik edən işdə iştirak edən şəxslərdən replika hüququndan istifadə edibetməmələrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda replika hüququndan istifadə etmək istəmədiklərini bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən proses iştirakçısına qərardan şikayət və protest verilmə qaydasını, protokola tanış olma hüquqlarını izah etdi. Sədrlik edən məhkəmə iclasını saat 17:55-də bağlı elan etdi. Protokol 28 mart 2024-cü ildə tərtib olunmuşdur. Sədrlik edən: ____________________ Kənan Vəliyev Katib: ____________________ Bəylər Fərzəliye

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar