Məhkəmə qərarları › İş №3(030)-112/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-112/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-112/2025 20.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X4 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Hyundai H1” minik markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərində olan zaman DYPŞ-nin YPX-nin inspektoru ona yaxınlaşaraq avtomobil idarə etdiyi zaman mobil telefondan istifadə etməsini və buna görə də barəsində protokol tərtib edəcəyini bildirmişdir. O, isə bildirmişdir ki, avtomobili yolun hərəkət olmayan hissəsinin kənarında saxlayaraq qəza işıqlarını yandırmış və mobil telefonla danışmışdır. Buna görə də, qəbul edilmiş inzibati tənbeh haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 ilə AR İXM-nın 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş CD diskdəki video yazıdan görünür ki, YPX-nin inspektoru avtomobil dayanmış vəziyyətdə olan zaman yaxınlaşmış və X3 avtomobili idarə edərkən mobil telefondan istifadə etdiyini, sürücü isə avtomobil dayanmış vəziyyətdə olarkən mobil cihazdan istifadə etdiyini bildirir. Belə olan vəziyyətdə X4 mobil telefondan istifadə edərkən avtomobilin hərəkətdə və yaxud dayanmış vəziyyətdə olması halının araşdırılmasına zərurət vardır. Məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qərar qəbul edən səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bu baxımdan protokol ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114, 128-130, 134.1.4, 135.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X4 barəsində Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə şəhər DYPŞ-nin YPX-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar