Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-113/2024 10.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonu Qaraqollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu Qaraqollar kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonu Qaraqollar kəndində ucadan səsküy salaraq xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-114/2024 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonu Qaraqollar kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-113/2024 sayla qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-114/2024, MN ******* saylı protokol üzrə 3(030)-113/2024 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-113/2024 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qarayev X4 rayonu Qaraqollar kəndində uca səs ilə söyüş söyərək xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş və bundan başqa Daşkəsən rayonu Qaraqollar kəndində yerləşən sahə polis mətəqəsində olan zaman polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşin halları ətraflı araşdırılmış, Şəxs barəsində müvafiq protokollar tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonu Qaraqollar kəndində sərxoş vəziyyətdə ucadan səs-küy salaraq ünvanlı-ünvansız söyüşlər söyməyə başlamışdır. Bundan sonra oraya gələn polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qaraqollar kəndinin ərazisində xidmətdə olmuşdur. Şəxs sərxoş vəziyyətdə kənddə ucadan söyüşlər söymüş və nalayiq ifadələr işlətmişdir. Ərazidə olan polis əməkdaşları onu nizam-intizama təvət etsələr də o buna məhəl qoymamışdır. Polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən onu gətirib polis şöbəsinə təhvil vermişdirlər. Aqşin həmin vaxt sipirtli işçi qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxışında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir, artıq islah olunmuşdur. Bir daha belə hərəkətlərə yol verməyəcəyini öhdəsinə götürür. Odur ki, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Protokol tərtib edən şəxsin, şahidin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli AR İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, “Polis haqqında” Qanun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq, polisin qanuni tələblərinə əməl etməmək qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin Şəxs öz hərəkətləri ilə insanların və orada olan əməkdaşların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, mübahisə etməklə ictimai qaydanı pozmuş və nəticədə İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. AR İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xətalara görə tərtib edilmiş MN ******* və MN ******* nömrəli protokollar üzrə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən İXM-nın 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilərək 20 (iyirmi) gün müddətə inizbati həbs olunsun. İnzibati həbsin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protesti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-113/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-113/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver