Məhkəmə qərarları › İş №3(030)-115/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-115/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-115/2023 05.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədriliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, İ.M.Zamanoğlu küçəsi ev 14A-da qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 21 aprel 2023-cü il tarixdə saat 17:45-də Daşkəsən şəhərinin girişində «MERCEDES BENZ G500 MİNİK» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanının görünüşü çətinləşdirən örtüklərdən istifadə etməklə idarə etmişdir. Bununla da Şəxs AR İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X1 izahatında göstərmişdir ki, 21 aprel 2023-cü il tarixdə saat 17:45-də Daşkəsən şəhəri ərazisində, yəni şəhərin giriş hissəsində xidmətdə olarkən «MERCEDES BENZ G500 MİNİK» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etməklə idarə etdiyi üçün tərəfindən saxlanılmışdır. Bu zaman sürücü Şəxs dərhal idarə etdiyi avtomobildən enərək arxa nömrədəki örtüyü qoparmış, o isə yalnız qabaq hissədəki örtüyün fotoşəklini çəkə bilmişdir. Daha sonra həmin nəqliyyat vasitəsi Daşkəsən RPŞ-nın müvəqqəti saxlama duracağına aparılmış və həmin örtük söküldükdən sonra barəsində protokol tərtib edilmişdir. Sürücü Şəxs arxa nömrədəki örtüyü qoparması anını əks etdirən videogörüntü məhkəməyə təqdim edilmişdir. Həmçinin Şəxs nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə barəsində AR İXM-nın 339.1-1-ci maddəsi ilə protokol tərtib edilmiş və əlli manat məbləğində cərimə edilmişdir. Odur ki, məhkəmədən protokol üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf etməyərək izahatında göstərmişdir ki, 21 aprel 2023-cü il tarixdə saat 17:45-də Daşkəsən şəhərinin girişində idarə etdiyi «MERCEDES BENZ G500 MİNİK» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektorları saxlayaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməklə idarə etdiyini bildirmişlər. Lakin, o, avtomobilinin üzərində dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən xəbəri olmamışdır. Belə ki, hava şəraiti yağışlı olduğu üçün nəqliyyat vasitəsini idarə edən zaman nömrəsinin üstünə salfetka yapşımışdır. Daşkəsən RPŞ-nın DYPB-da polis əməkdaşları tərəfindən izahatında idarə etdiyi nəqliyyat vasitəsinin texniki baxışı olmadığı üçün inzibati cərimədən yayınmaq üçün dövlət qeydiyyat nişanın üzərini salfetka ilə bağladığını göstərmişdir. Polis əməkdaşları ona kömək edəcəklərini bildirdikləri üçün o, bu formada izahat yazmışdır, halbuki idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın üzərinə yapşımış salfetkadan xəbəri olmamışdır. Bundan sonra o, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdiyinə AR İXM-nın 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək əlli manat məbləğində cərimə edilmişdir. Odur ki, məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin avtomobilinin üzərində dövlət qeydiyyat nişanının görünüşü çətinləşdirən örtüklərdən xəbəri olmamışdır. Hava şəraitinin yağışlı olduğu üçün xəbəri olmadan salfetka qeydiyyat nişanının üzərinə yapışmışdır. Polis əməkdaşları tərəfindən izahatı alınarkən avtomobili texniki baxışdan keçirmədiyinə görə, qeydiyyat nişanının üzərini örtüklərlə tutduğu barədə izahat yazmış və daha sonra izahatın doğru olmadığını görərək dəyişiklik etmək istəmiş, polis əməkdaşları şərait yaratmamışlar. Protokolun əsassız olaraq yazıldığını bildirmiş və məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs Daşkəsən RPŞ-nın DYPB-nın operatoru X2 izahatında göstərmişdir ki, 21 aprel 2023-cü il tarixdə saat 17:45-də Daşkəsən şəhərinin girişində Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X1 tərəfindən «MERCEDES BENZ G500 MİNİK» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi nəqliyyat vasitəsini müvafiq icazə olmadan dövlət qeydiyyat nişanının görünüşü çətinləşdirən örtüklərdən istifadə edərək idarə etdiyi üçün saxlanılmışdır. Daha sonra həmin nəqliyyat vasitəsi Daşkəsən RPŞ-nın müvəqqəti saxlama duracağına dəvət edilmiş və sürücü Şəxs iştirakı ilə dövlət qeydiyyat nişanının görünüşü çətinləşdirən örtüklər, yəni salfetkalar sökülmüşdür. Avtomobilə baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin salfetkalar xüsusi olaraq qeydiyyat nişanlarının üzərinə yapşıdırılmış və tərəfimizdən çətinliklə qopardılmışdır. Məhkəmə iclası zamanı baxış keçirilmiş videogörüntüdən görünür ki, Şəxs idarə etdiyi «MERCEDES BENZ G500 MİNİK» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Daşkəsən şəhərinin girişində Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru tərəfindən saxlanılmış, bu zaman sürücü Şəxs nəqliyyat vasitəsindən enərək arxa dövlət qeydiyyat nişanının üzərinə yapışdırılmış örtüyü sökərək yerə atmışdır. İşdə olan Şəxs Daşkəsən RPŞ-də yazdığı izahatdan görünür ki, etibarnamə əsasında idarə etdiyi **-HH-*** nömrəli G500 markalı avtomobilin texniki baxış müddəti bitdiyi üçün radar vasitəsilə cərimə olmaqdan yayınmaq üçün dövlət qeydiyyat nişanının üzərini ağ salfetka ilə örtmüş və Daşkəsən rayonu ərazisində hərəkətdə olan zaman YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır, gələcəkdə belə nöqsanlara yol verməyəcəyinə söz verir. İşdə olan 21 aprel 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 aprel 2023-cü il tarixdə saat 17:45-də «MERCEDES BENZ G500 MİNİK» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşü çətinləşdirən örtüklərdən istifadə edilməsi hallarına yol verilmişdir. İşdə olan 22 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Şəxs nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə AR İXM-nın 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək əlli manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, yol patrul xidmətinin inspektornun və şahidin izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, Şəxs инзибати хята törətməsi protokol tərtin edən şəxsin və şahidin izahatları, иля йанашы, 21 aprel 2023-cü ил тарихдя Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X1 tərəfindən тяртиб олунмуш İXP ******* saylı инзибати хята щаггында протоколla o cümlədən ишин диэяр щаллары ilə kifayət qədər сцбута йетирилмиш, düzgün olaraq onun əməli AR İXM-nin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərinə salfetka yapışdırmadığını bildirsə də, bu protokol tərtib edən şəxs və şahidin izahatları, işə əlavə edilmiş videogörüntü və fotoşəkillər, Şəxs Daşkəsən RPŞ-də verdiyi izahat və digər iş üzrə olan sübutlarla tam olaraq təkzib edilmişdir. AR İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini və şəxsiyyətini, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə onun barəsində inzibati xətanın törədilməsində istifadə edilən predmet müsadirə edilməklə 500 manat məbləğində inzibati cərimə tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın predmeti olmuş örtük müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 (on) faizi miqdarında ödənişdən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 (iki) aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var, Mustafa Mustafayev əsli ilə düzdür. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar