Məhkəmə qərarları › İş №3(030)-115/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-115/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-115/2025 29.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Daşkəsən şəhəri 20 Yanvar küçəsi, ev 8 mənzil 2-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 23 may 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(104)-145/2024 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs aid cehiz əşyaları qaytarılmamış və ya onların dəyəri olaraq 13492 manat ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 145/2024 saylı icra vərəqəsi üzrə cavabdeh Şəxs tələbkar Zərərçəkmiş şəxs cehiz əşyalarını qaytarılmalı və ya onların dəyəri olan 13492 manat ödəməlidir. Borclu icra sənədində göstərilən adda və sayda əşyaları tələbkara təqdim etmişdir. Lakin, tələbkar bu əşyaların ona məxsus olmadığını bildirərək onları qəbul etməkdən imtina etmişdir. Göstərilən cehiz əşyalarının tələbkara məxsus olmamasını sübuta yetirmək mümkün olmamışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. Dəyəri ödənilməli olan mebel dəstinə görə olan borcdan may ayında 400 manat olmaqla cəmi 2600 manat ödəyib, 2350 manat isə qalmışdır. Qeyd edilənlərə əsasən, borclu barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, məhkəmə qərarında göstərilən əşyaların hər biri yerində olmaqla evdədir. Tələbkara məxsus olmasına baxmayaraq əşyaları özününkü hesab etmir. Mebel dəsti yerində olmadığı üçün onun dəyərini ödəyir. Son ayda 400 manat ödəniş etmişdir. Tələbkar qərəzlilik ki, guya həmin əşyaları o, dəyişdirib yerinə başqa əşyalar qoymuşdur. Lakin, o, həmin çehiz əşyaları dəyişdirməmişdir. Lakin, tələbkarın məqsədi onu artıq xərclərə salmaqdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, məhkəmənin qərarı ilə ona qaytarılmalı olan çehiz əşyaları borclu Şəxs tərəfindən dəyişdirilərək yerinə başqa əşyalar qoyulmuşdur. Belə ki, ona məxsus olan LG markalı paltaryuyan maşın 7 kq tutumlu olduğu halda, lakin borclu onu təyişərək yerinə 5 kq tutumlu kiçik paltaryuyan maşın qoymuşdur. Ona məxsus olan 5x3 ölçüdə xalça qırmızı rəngdə olmamışdır. Lakin, borclunun təqdim etdiyi xalça qırmızı rəngdədir və köhnədir. Borclunun təqdim etdiyi əmlakların heç biri ona məxsus deyildir. Borclu hətta dəyəri 3 manat olan təzə vedrəni də dəyişərək yerinə köhnəsini qoymuşdur. Mebelin əvəzi olaraq ödədiyi pulu da tam ödəməmişdir. May ayı ərzində 200 manat olmaqla iki dəfəyə 400 manat ödəniş etmişdir. Odur ki, ona məxsus cehiz əşyalarının qaytarılıb verilməsini xahiş edir. Ona məxsus cehiz əşyaları qaytarılmayacağı halda məhkəmədən borclu barəsində tənbeh vermə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Daşksən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən, borclunun, tələbkarın və hal şahidlərinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, borclu Şəxs Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən evində olan cehiz əşyalarına baxış keçirilmişdir. Lakin, tələbkar Zərərçəkmiş şəxs həmin əşyaların ona məxsus olmadığını bildirərək götürməkdən imtina etmişdir. İşə əlavə olunmuş Daşksən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən, borclunun, tələbkarın və hal şahidlərinin iştirakı ilə xx.xx.2025-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-145/2024 saylı icra vərəqəsininin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən evində icra vərəqəsi üzrə borclu tərəfindən 44 adda cehiz əşyaları tələbkara təqdim edilmiş, lakin tələbkar Zərərçəkmiş şəxs həmin əşyaların ona məxsus olmadığını bildirərək götürməkdən imtina etmişdir. İşə əlavə edilmiş 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan video görüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə Daşksən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən tələbkar, borclu və hal şaidlərinin iştirakı ilə Şəxs Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən evində olan cehiz əşyalarına baxış keçirilir. Məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədində adları qeyd olunan cehiz əşyaları siyahı üzrə tələbkara təqdim olunur, lakin, tələbkar əşyaların ona məxsus olmadığını və dəyişdirildiyini bildirərək onları qəbul etməkdən imtina edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, inzibati işin materiallarını və iş üzrə sübutları hərtərəfli araşdırıb belə qənatə gəlir ki, borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-145/2024 nömrəli icra vərəqəsində cehiz əşyalarının naturada, naturada mümkün olmadıqda isə dəyərlərinin borcludan alınması göstərilmişdir. Göründüyü kimi, cehiz əşyalarının əvəzinə onların dəyəri o halda ödənilməlidir ki, həmin əşyalar natura şəkilində mövcud olmasın. İşin hallarından göründüyü kimi məhkəmə qətnaməsində göstərilən adlarda və miqdarda əşyalar icra məmurunun iştirakı ilə borclu tərəfindən tələbkara təqdim olunmuşdur. Lakin, tələbkar həmin əşyaların ona məxsus olmaması səbəbi ilə əşyaları qəbul etməkdən imtina etmişdir. Tələbkar əşyaların ona məxsus olmamasını növlər, ölçülər, rənglər və ya digər əlamətlər ilə əlaqələndirmişdir. Lakin, icra sənədində göstərilmiş əşyalar ilə, borclu tərəfindən təqdim olunan əşyalar arasında növlər, ölçülər, rənglər və ya digər əlamətlər baxımından fərqlərin mövcudluğu sübutlarla təsdiqini tapmamışdır. Şəxsin təqsirinin sübuta yetirilməsində yalnız qarşı tərəfin bildirdikləri hallar yetərli deyildir. Bunlar digər sübutlarla təsdiqini tapmış olmalıdır. Əks halda, şəxsin təqsiri sübuta yetirilməmiş sayılır. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, icra sənədində göstərilən mebel dəstinin əvəzi olaraq onun dəyəri ödənilir. 2025-ci ilin may ayında borclu tərəfindən 400 manat tələbkara pul vəsaiti ödənilmişdir. Pul ödənişinin aparılmasında da icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin qərəzli şəkildə icra edilməməsi halları aşkar olunmur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iş üzrə toplanılmış sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirsizliyini təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci mаddəsinə əsаsən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən (təqsirliliyi sübuta yetirilmədikdə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51,53, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar