Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-116/2023 28.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Daşkəsən rayon İcra və Probasiya Şöbəsi rəisi vəzifəsini müvəqqəti icra edən X7, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan (çoban işləyən), Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi, Q.Çaparidze 33-də qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daşkəsən rayon İcra və Probasiya Şöbəsi rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Daşkəsən Rayon Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Daşkəsən rayon İcra və Probasiya Şöbəsi rəisi vəzifəsini müvəqqəti icra edən X7 izahatında bildirdi ki, borclu Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-826/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən 780 manat məbləğində pul vəsaiti alınıb tələbkar X8, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-49/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cəmi 5610 manat məbləğində pul vəsaiti alınıb X9 ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs iki icra sənədi üzrə ödənilməmiş 6767 manat borcu vardır. Borclu Şəxs dəfələrlə xəbədarlıq olunsa da, o, icra sənədi üzrə olan borcunu ödəməkdən yayınmaqla icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 izahatında bildirdi ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 49/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cəmi 5610 manat məbləğində pul vəsaiti Şəxs alınıb ona verilməlidir.Borclu icra sənədinə əsasən ona heç bir ödəniş etməmişdir. Məhkəmədən həbs növündə inzibati tənbeh qərarı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, tələbin könüllü icrası barədə bildirişi və xəbərdarlığı şəxsən almışdır. Maddi imkanın aşağı olması səbəbindən icra sənədləri üzrə borcunu tam olaraq ödəyə bilməmişdir. Maddi imkanı çox ağırdır. Fərdi əməklə məşğul olmaqla güclə dolanır. Məhkəmədən maddi imkanını nəzərə alaraq güzəşt edilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş, icra sənədləri üzrə cəmi 6767 (altı min yeddi altmış yeddi) manat borcu yaranmış və məhkəmə aktlarının icrası bu günə qədər onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. Məhkəmə icra sənədləri üzrə borcundan borclu tərəfindən ödəməməsi ilə bağlı qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs öz izahatında da göstərdiyi kimi fərdi əməklə məşğul olması, onun daimi qazancının olmamasını göstərməklə yanaşı məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun icra etməsini, məhkəmə qətnaməsinin icrasından yayınmaq istəyinin olmasını göstərir. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 826/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən 780 manat məbləğində pul vəsaiti alınıb tələbkar X8, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-49/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cəmi 5610 manat məbləğində pul vəsaiti alınıb X9 ödənilməlidir. Həmin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolundan görünür ki, Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-826/2016 saylı xx.xx.2016-ci il tarixli və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-49/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə prokotol tərtib olunmuşdur. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclu Şəxs ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 28 aprel 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mustafa Mustafayev Sədrlik edən çıxış üçün X1na söz verir. X1: Məhkəmədən həbs növündə inzibati tənbeh qərarı qəbul edilməsini xahiş edirəm. Sədrlik edən işdə iştirak edən şəxslərdən replika hüququndan istifadə edibetməmələrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda replika hüququndan istifadə etmək istəmədiklərini bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən просес иштиракчыsына гярардан шикайят вя протест верилмя гайдасыны, протокола таныш олма щцгугларыны изащ етди. Sədrlik edən мящкямя иcласыны саат 16:00-da баьлы елан етди. Protokol 28 aprel 2023-cü ildə tərtib olunmuşdur. Сядрлик едян: ______________ Mustafa Mustafayev Katib: ______________ Bəylər Fərzəliyev İş № 3 - (030) 213 / 2020 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL «31» avqust 2020-ci il Daşkəsən şəhəri Daşkəsən Rayon Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Daşkəsən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Rəşad Mustafayev 3(030)- 213/ 2020 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD «31» avqust 2020-ci il Daşkəsən şəhəri Mən, Daşkəsən Rayon Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 tərəfindən protokol tərtib edilərək Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş Daşkəsən Rayon Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-cü maddəsində nəzərdə tutuluş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, qərara aldım: 1) İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. 2) İşə daxil olduğu gün baxılsın. 3) İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirak etmələri təmin edilsin. 4) İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-47-55. Faks:(022)215-47-55. İş № 3(030)-213/2020 31 avqust 2020-ci il Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə Surəti: X5 (Daşkəsən rayonu, Çıraqlı kəndində qeydiyyatda olan) Surəti: Şəxs (Daşkəsən rayonu, Çıraqlı kəndində qeydiyyatda olan) Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokolu baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında material üzrə işin baxılması 31 avqust 2020-ci il tarixə saat 17:00-a Daşkəsən rayon Məhkəməsinin binasına təyin edilmişdir. Göstərilən tarixdə şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə məhkəmə iclasında iştirakınız zəruridir. Qeyd: 1)İşdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsi təklif olunur. 2)İşdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Hakim Rəşad Mustafayev afayev
Məhkəmə qərarları › İş №3(030)-116/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-116/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver