Məhkəmə qərarları › İş №3(030)-116/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-116/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-116/2024 24.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Daşkəsən RPŞ-nın DYPB-nın YPX baş inspektoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücülüklə məşğul olan, Göygöl rayon Yeni Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 12 iyun 2024-cü il tarixdə saat 16:45-də Daşkəsən rayon ərazisində Howo yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalı ilə qabaqcadan təchiz edərək istifadə etməklə idarə etmişdir. Bununla da Şəxs AR İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nın DYPB-nın YPX baş inspektoru X4 izahatında göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 16:45-də Daşkəsən rayon X6 yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi nəqliyyat vasitəsini müvafiq icazə olmadan qabaqcadan quraşdırılmış, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan xüsusi (çoxavazlı) səs siqnalı olduğu bilinmişdir. Həmin nəqliyyat vasitəsi Daşkəsən RPŞ-nın müvəqqəti saxlama duracağına dəvət edilmiş və sürücü Şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla səs siqnalları avtomobildən sökülərək aidiyyatı üzrə baxılması üçün inzibati material ilə birlikdə məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən protokol üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, istifadəsində olan “Howo yük” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində xüsusi (çoxavazlı) səs siqnalı olmuşdur və lazım olan anlarda ondan istifadə etmişdir. Lakin, həmin siqnalın qanunsuz olduğunu bilməmişdir. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı baxış keçirilmiş audio və video görüntüdən görünür ki, Şəxs idarə etdiyi Howo yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin motorxana hissəsində kustar üsulla xüsusi (çoxavazlı) səs siqnalı və onun avadanlıqları quraşdırılmış, həmin səs siqnalı Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektorları tərəfindən dəvət edilmiş şəxs tərəfindən Şəxs iştirakı ilə akt tərtib olunmaqla sökülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 iyun 2024-cü il tarixdə saat 16:45-də Howo yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozaraq müvafiq icazə olmadan nəqliyyat vasitəsində xüsusi səs ilə təchiz edilməsi hallarına yol verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, yol patrul xidmətinin inspektornun izahatını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, Şəxs inzibati xəta törətməsi onun özünün etirafı ilə yanaşı, xx.xx.2024-cü il tarixdə Daşkəsən RPŞ-nın DYPB-nın YPX baş inspektoru polis leytenantı X4 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolla və işin digər halları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq onun əməli AR İXM-nin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur. AR İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən törədilmiş xətanın xarakterini, əməlini etiraf etməsini və əməlindən peşman olmasını məsuliyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini və şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə onun barəsində inzibati xətanın predmeti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 manat məbləğində inzibati cərimə tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın predmeti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar