Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-117/2025 20.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və protokolu tərtib edən şəxs Nümayəndə3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə tərtib olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Daşkəsən rayonu Qazaxyolçular kənd ərazisində yerləşən Şəxs MMC-yə məxsus mərmər karxanasında xx.xx.2025-ci il tarixdə keçirilən planlı yoxlama zamanı yanğın təhlükəsizlik qaydalarına əməl olunmadığı aşkar olunmuş və həmin nöqsanlar qısa müddətdə aradan qaldırılmamışdır. Məhkəmə iclasında Gəncə Regional X4 İdarəsinin inspektoru Nümayəndə3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Qazaxyolçular kənd ərazisində yerləşən Şəxs MMC-yə məxsus mərmər karxanasında yanğın təhlükəsizlik qaydaları ilə bağlı yoxlama aparılmışdır. Yoxlama zamanı hüquqi şəxsin obyektlərinin yanğın təhlükəsizliyi qaydaları ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti ilə razlaşdırılmadan fəaliyyət göstərdiyi və icbari qaydada sığorta olunmadığı aşkar olunmuşdur. Ərazidə yerləşdirilmiş konteynerlərdə yanğın təlhükəsizliyi qaydalarına əməl olunmamışdır. Həmin obyektə çəkilmiş kabel xətlərinin texniki tələblərə cavab verib-verməməsi barədə hər hansı bir razlaşdırılmış sənəd mövcud olmamışdır. Belə ki, yanğın təhlükəsizliyi qaydalarına əsasən obyektdə çəkilmiş və quraşdırılmış elektrik xətlərinin istismarı və davamlığı nazirlik tərəfindən lisenziyalaşdırılmış hər hansı bir şirkət tərəfindən yoxlanılır və müvafiq akt tərtib olunur. Həmçinin od söndürən balonların yararlığı və davamlığı yoxlanılmamışdır. Qeyd olunan çatışmazlıqlar olduğu və həmin çatışmazlıqların aradan qaldırlmadığı üçün hüquqi şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, konteynerlərdən işçilər istifadə edir. Həmin əraziyə elektrik xətti çəkilməmişdir. Elektrik enerjisi karxanada quraşdırılmış generatorlar vasitəsi ilə təmin olunur. Quraşdırılmış kabellər yenidir və keyfiyyətcə standartlara uyğundur. Bu vaxta kimi çəkilmiş kabel xətlərində hər hansı mənfi hal baş verməmişdir. Həmin kanteynerlərin yanğın təhlükəsizliyi qaydaları ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti ilə razlaşdırılmalı olduğunu bilmir. Yanğın söndürən balonlarda olan çatışmazlıq aradan qaldırılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmiş, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. İşə əlavə olunmuş Gəncə Regional X4 İdarəsinin inzibati xəta haqqında xx.xx.2025ci il tarixli, Q-996 nömrəli Yanğın-Texniki müayinə aktından görünür ki, Daşkəsən rayonu Qazaxyolçular kən ərazisində yerləşən Şəxs MMC yanğın təhlükəsizliyi qaydaları ilə bağlı müayinə aparılan zaman X1 Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin; YTQ- 01-2001, bənd 1.9.12; YTQ-03-2002, bənd 3.19.16; bənd 6.7.4 hissəsinin tələbinin pozulduğu aşkar olunmuşdur. Şəxs MMC tərəfindən Qeyd olunan nöqsanları vaxtında, qısa müddət ərzində aradan qaldırılması üçün tədbirlər görüləcəyini bildirilmişdir. İşə əlavə olunmuş Gəncə Regional X4 İdarəsinin inzibati xəta haqqında xx.xx.2025ci il tarixli, MN ******* nömrəli protokolundan görünür ki, Şəxs MMC yanğın təhlükəsizliyi qaydaları ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti ilə razlaşdırılmadan fəaliyyət göstərmiş, ona görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşdə olan planlı (növbəti) yoxlamanın aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti X5 Yanğın Nəzarət İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-18-78/Q-996/2025 nömrəli qərarından görünür ki, yoxlama obyekti sahibkarlıq subyekti kimi Şəxs MMC-nin yanğın təhlükəsizliyi ilə bağlı cari fəaliyyətinin müayinə müddətinin xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə həyata keçirilməli olduğu haqqında qərar qəbul edilmişdir. Müayinə (YTM) aparılarkən müayinə aparan orqanın (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə sahibkar aparılan müayinənin (yoxlamanın) nəticələrindən razı qalmadıqda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunun 34-cü maddəsinə əsasən inzibati və məhkəmə qaydasında şikayət verilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunun 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. X1 Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin yanğından sığortalama qaydalarına əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Göründüyü kimi Yanğın Nəzarəti İdarəsi sahibkarlıq obyektində yoxlama həyata keçirmişdir. Yoxlama nəticəsində inzibati xəta tərkibinin əlamətlərini özündə əks etdirən məlumatlar rəsmiləşdirilmişdir. Qanunvericiliyə əsasən barəsində yoxlama həyata keçirilmiş hüquqi şəxsin barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 105, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-117/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-117/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver