Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-118/2023 03.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsi rəisi vəzifəsini müvəqqəti icra edən X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mövsüm oğlunun iştirakı ilə, xx.xx.1981-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Muşavaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, Muxtarov qəsəbəsi 8-ci mədən ərazisində yaşayan. Şəxs Mövsüm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Süleymanov X7 Rayon Məhkəməsinin xx.xx.2014 tarixli 2(030)-101/2014 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra vərəqəsini üzürsüz səbəbdən icra etməmiş və tələbkar X2 4705 manat məbləğində aliment borcu yığılıb qalmışdır. Bununla da, Şəxs Mövsüm oğlu AR İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsi rəisi vəzifəsini müvəqqəti icra edən X8 bildirdi ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2014 tarixli 2(030)-101/2014 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar X3 4705 manat məbləğində aliment borcu yığılıb qalmışdır. Borclu Şəxs Mövsüm oğluna tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs Mövsüm oğlu tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs Mövsüm oğlu dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, Şəxs Mövsüm oğlu icra şöbəsinə gəlməkdən boyun qaçırmış, yalnız sahə rəisinin köməkliyi ilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Qeyd edilənlərə əsasən borclu Şəxs Mövsüm oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mövsüm oğlu AR İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2014 tarixli 2(030)-101/2014 saylı icra vərəqəsinə əsasən onun 4705 manat məbləğində aliment borcu yığılmışdır. O, həmin məbləği borc kimi qəbul edir. Maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş X5 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış telegramından görünür ki, Şəxs Mövsüm oğlu indiyə kimi ona 4705 manat borcundan ödəniş etməmişdir, məhkəmədən borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsi rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərtib etdiyi inizbati xəta haqqında 03 may 2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2014 tarixli 2(030)- 101/2014 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs Mövsüm oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar X6 4705 manat məbləğində aliment borcu yığılıb qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2014 tarixli 2(030)-101/2014 saylı icra vərəqəsinə əsasən borclunun 4705 manat borcu yığılıb qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs Mövsüm oğlunun AR İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun izahatı, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli AR İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsi rəisi vəzifəsini müvəqqəti icra edən tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu borcunu ödəməmiş, ödənişlərindən qərəzli olaraq yayınmışdır. AR İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-1 bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 31.4-cü maddəsinə əsasən xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən məhkəmə onun inzibati xəta törətməsini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini və qaçıb gizlənməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inizbati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Mövsüm oğlu AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə AR İXM-nin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Mövsüm oğlu AR İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 03 may 2023-cü il saat 17:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-118/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-118/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver