Məhkəmə qərarları › İş №3(030)-119/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-119/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-119/2025 03.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4, tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, evli, sürücü işləyən, Daşkəsən rayonu, Daşkəsən şəh, Ş.İ.Xətai küç, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 03 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Şəxs Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-11/2024 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs 22110,71 (iyirmi iki min yüz on) manat borcunu ödəməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)- 11/2024 saylı icra sənədi üzrə Şəxs 22110,71 (iyirmi iki min yüz on) manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. xx.xx.2025-ci il tarixdə icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. Borclu tələbin künüllü icrası barədə bildirişi almadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə icra şöbəsində borcluya bildiriş təqdim olunmuş üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən yayınır. Borclunun əmlak vəziyyəti yoxlanılmış adına hər hansı bir əmlak aşkar olunmamışdır. Odur ki, borclu barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhərində yük maşını idarə edir. Aylıq qazancı 860 manat təşkil edir. Himayəsində iki azyaşlı uşağı var. Zərərçəkmiş şəxs olan 22110 manat borcundan başqa üç məhkəmə işi üzrə də borcu vardır. Aylıq qazancından 200 manat, 50 manat və 300 manat olmaqla cəmi 550 manat digər borclarına görə ödənişlər edir. Qalan 310 manat pul vəsaitindən bir il ərzində hər ay olmaqla 200 manatdan Zərərçəkmiş şəxs ödəyə bilər. Qalan pul vəsaitinində azyaşlı uşaqlarının maddi təminatı üçün lazım olduğunu bildirir. Həbs olunacağı halda işdən azad olunacaq və bundan sonra borclarının heç biri üzrə ödəniş edə bilməyəcəkdir. Odur ki, izahatında göstərdiklərinin nəzərə alınaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin qərarı üzrə göstərilən borc məbləğindən Şəxs hazırki vaxtadək heç bir ödəniş etməmişdir. Borcun uzun müddətə ödənilməsinə razı olmadığını bildirir. Həmin borc məbləğinin 3-4 ay ərzində ödənilməsini xahiş edir. Borc ödənilməyəcəyi halda borclu barəsində qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-258/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Şəxs cəmi 183.900 manat məbləğində pul vəsaiti alınaraq X6 verilməsi qət olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 33.139 manat alınaraq X1 verilməlidir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-512/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 7.064 manat alınaraq X3 verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatın xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh inzibati xətanın törədilməsində təqsirli bilinən şəxsə tətbiq olunur və eyni zamanda şəxs qərəzlilik etdiyi hallarda inzibati xətanın tərkibi yaranmış olur. Məhkəmənin qənaətinə görə icra sənədinin üzürsüz səbəbdən qərəzli şəkildə icra edilməməsi onunla müəyyən olunur ki, borcluya məhkəmə qərarının icra edilməsi haqqında dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilmiş olsun və eyni zamanda borclunun məhkəmə qərarını icra etməyə faktiki imkanı olduğu halda bunu etməmiş olsun. İşin hallarından göründüyü kimi icra sənədinin icrası ilə əlaqədar olaraq borcluya xx.xx.2025-ci il tarixdə bildiriş verilmiş və onun izahatı alınmışdır. Borcluya borcun ödənilməsi ilə bağlı bildiriş verildiyi vaxtan bir ay müddət keçmişdir. İcra sənədində göstərilmiş 22110,71 manat pul vəsaitinin bir ay ərzində ödəmək imkanına malik olması barədə iş üzrə sübutlar mövcud deyildir. İnzibati xəta haqqında işin məhkəmə araşdırması zamanı borclunun rəsmi iş yerinin olması aşkar olunmamışdır. Lakin ondan məhkəmə qətnamələri əsasında 183.900 manat, 33.139 manat və 7.064 manat borcun tutulması ilə bağlı qanuni qüvvəsini almış və tam icra olunmamış məhkəmə qətnamələri vardır. Borclunun bildirdiyinə görə hər ay 860 manat qazancı olur və həmin məbləğin 550 manat hissəsini digər məhkəmə işləri üzrə borclarına ödəyir. Qalan 310 manat pul vəsaitindən isə 200 manatı hazırki iş üzrə tələbkara ödəyə biləcəyini biləcəyini bildirir. Qeyd olunanlar onu deməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar