Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-120/2025 11.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5, tələbkar (zərərçəkmiş şəxs) X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi M.Hüseynzadə küçəsi 30-da qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Həsənov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-251/2022 saylı icra sənədi üzrə X3 3950 (üç min doqquz yüz əlli) manat aliment borcunu ödəməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)- 251/2022 saylı icra sənədi üzrə Şəxs 3950 (üç min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxs (tələbkar) X3 ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. İcra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. Borclu həmin ünvanda olmadığı üçün bildiriş geri qayıtmışdır. Borclunun yerini müəyyən etmək mümkün olmadığı üçün 2023-cü il və 2024-cü il tarixlərdə barəsində axtarış qərarı verilmişdir. İcra şöbəinə hər dəfə polis əməkdaşlarının köməyi ilə gətirilmiş, özü könüllü gəlməmişdir. Aliment borcundan axtarışla gətirilən zaman ödənişlər edib. İcra şöbəsinə gətirilən zaman borcluya bildiriş təqdim olunmuş, aliment borcunun ödənməsi barədə şifahi və yazlı xəbərdarlıqlar olunmuş lakin o, yenədən bundan heç bir nəticə çıxarmayaraq borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə borclu barəsində axtarış qərarı verilmişdir. Hazırki vəziyyətdə borclunun icra şöbəsinə gətirilməsi polis əməkdaşlarının köməyi ilə mümkün olmuşdur. İcra şöbəsində borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə yenidən xəbərdarlıq olunmasına baxmayaraq, borclu tələbkara olan borcunu ödəməkdən yayınır. Borclunun aliment borcundan 550 manat ödəniş etməsi ilə bağlı nə borclu nə də tələbkar tərəfindən icra şöbəsinə hər hansı sənəd təqdim olmamışdır. Borclunun əmlak vəziyyəti yoxlanılmış adına hər hansı bir əmlak aşkar olunmamışdır. Odur ki, borclu barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Gəncə şəhərində qəssab yanında işləyir. Aylıq qazancı az olur. Bir uşağı var. Maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Həmin borcdan 2025-ci ilin may ayının əvvəlində 500 manat ödəmişdir. Hazırda isə 200 manat ödəniş etmişdir. Bundan sonra hər ay 200 manat olmaqla 160 manat aylıq aliment görə 40 manatda qalan borcdan ödəyəcəkdir. Hazırda aliment borcunun ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razlığa gəlmişdir. Bundan başqa zərərçəkmiş şəxslə barışıb yenidən bir ailə kimi yaşamaq istəyir. Odur ki, izahatında göstərdiklərinin nəzərə alınaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X6 izahatında bildirmişdir ki, məhkəmənin qərarı ilə ödənilən aliment borcundan ayrı- ayrılıqda 550 manat və 200 mantda olmaqla cəmi 750 manat ödəniş edilmişdir. Qalan borc məbləği ilə birlikdə Şəxs tərəfindən hər ay cəmi 200 manat ödənilməsi barədə razılığa gəlmişlər. Bundan əlavə tələbkar məhkəmə iclasında izahatına uyğun ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, mart, aprel, may və iyun ayları ərzində borclu tərəfindən 750 manat aliment borcundan ödəniş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh inzibati xətanın törədilməsində təqsirli bilinən şəxsə tətbiq olunur və eyni zamanda şəxs qərəzlilik etdiyi hallarda inzibati xətanın tərkibi yaranmış olur. Məhkəmənin qənaətinə görə icra sənədinin üzürsüz səbəbdən qərəzli şəkildə icra edilməməsi müəyyən olunmur. Borclu yaranmış aliment borcundan cəmi 750 manat ödəniş etmiş və hazırda 3200 manat borcu qalımışdır. Bundan sonra da hər ay olmaqla 200 mantdan ödəniş edəcəyini bildirir. Ödənişin hər ay 200 manatdan olmaqla ödənilməsinə zərərçəkmiş şəxs də razlıq bildirir və məhkəməyə ərizə verərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkarın borclu ilə razlığını bildirməsi, ona qarşı şikayəti olmamsı məhkəmə qərarının icra edilməsi haqqında razlığa gəlinməsi və bu kimi bütün hallar borclunun məhkəmə qərarını icra etməkdən faktiki olaraq qərəzli şəkildə boyun qaçırmadığını göstərmiş olur. Qeyd olunanlar onu deməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-120/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-120/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver