Məhkəmə qərarları › İş №3(030)-121/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-121/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-121/2023 05.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Daşkəsən rayonu Əhmədli kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, işsiz, Daşkəsən rayonu Əhmədli kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)-439/2020 saylı icra vərəqəsi üzrə xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 110 (bir yüz on) manat alimenti borclu Şəxs tərəfindən X1na ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və X1na 238 (iki yüz otuz səkkiz) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)-439/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs X1na 238 (iki yüz otuz səkkiz) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)- 439/2020 saylı icra vərəqəsinə əsasən onun 238 (iki yüz otuz səkkiz) manat aliment borcu yığılmışdır. O, həmin məbləği borc kimi qəbul edir. Maddi imkanı ağır olduğu üçün borcundan ödəniş edə bilmədiyini və borcunu hissə-hissə hər ay ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)-439/2020 saylı icra vərəqəsinə əsasən tələbkara 238 (iki yüz otuz səkkiz) manat aliment borcu yığılmışdır. Maddi imkanı olduqca ağırdır. O, borcunu hissə-hissə hər ay ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 izahatında bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)-439/2020 saylı icra vərəqəsinə əsasən Məqsədin ona 238 (iki yüz otuz səkkiz) manat aliment borcu yığılmışdır. Borclu borcunu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərtib etdiyi inzibati xəta haqqında 05 may 2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)- 439/2020 icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və X1na 238 (iki yüz otuz səkkiz) manat məbləğində borcu yığılıb qalmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, tələbkarın və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatına xitam verilməlidir. Belə ki, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Odur ki, borclunun əməlində borcundan üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmişşəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2 -ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev Hakim: Zaman İmanov № 3(030)-121/2023 БИРИНЪИ ИНСТАНСИЙА МЯЩКЯМЯСИНДЯ ИНЗИБАТИ XЯTA HAQQЫNDA ИШ ЦЗРЯ МЯЩКЯМЯ БАХЫШЫ ИЪЛАСЫНЫН PРОТОКОЛУ Daşkəsən Rayon Məhkəməsi 05 may 2023-cü il Daşkəsən şəhəri Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 528.1-cи mаддяси иля топланмыш инзибати хята щаггында ишя ачыг мящкямя иъласында бахылыр. Иълас саат 15:30-da башланды. Sədrlik edən мящкямя иъласыны ачараг Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 528.1-cи маддяси иля топланмыш инзибати хята щаггында ишя бахылдыьыны və işin qısa məzmununu елан едир. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Мящкямя иъласынын катиби мярузя едяряк эюстярир ки, мящкямя иъласынdа protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirak edir. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir: Protokol tərtib edən şəxs: X10 – xx.xx.1985-ci ildə Samux rayonu, Kolayır kəndində doğulmuş, evli, ali təhsilli, Daşkəsən şəhəri üzrə İcra şöbəsinin rəisi( ədliyyə qulluqçusu) vəzifəsində işləyən, Samux şəhəri, Gəncə küçəsi ev 10-da daimi qeydiyyatda olan və yaşayan. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs- xx.xx.1990-cı ildə Daşkəsən rayonu Əhmədli kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, işsiz, Daşkəsən rayonu Əhmədli kəndində yaşayan. Müdafiəçi: Vəkil-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü.Fərdi qaydada fəaliyyət göstərən vəkil. Tələbkar: X11- xx.xx.1969-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Daşkəsən rayon Əhmədli kəndində yaşayan. Сядрлик edən məhkəmə tərkibini елан едяряк билдирир: - мящкямя иъласына сядрлик едir hakim Mustafayev Mustafa Əli оьлу, мящкямя иълас катиби X9. Sədrlik edən proses iştirakçılarına sədrlik edənə вя иълас катибиня етираз етмяк щцгугларыны вя етираз етмяк цчцн Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 107 və 108-ъi маддяляриндя нязярдя тутулмуш ясаслары изащ едяряк, ондан сядрлик едяня вя иълас катибиня етиразы олуб-олмамасыны сорушур. Proses iştirakçılarının hər biri ayrı ayrılıqda məhkəmənin tərkibinə etirazları olmadığını bildirdi. Sədrlik edən İnzibati xəta törətmiş şəxsə Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 61-ъи маддясиндя нязярдя тутулмуш щцгуг вя вязифялярини изащ едир. Sədrlik edən proses iştirakçılarından ишя бахылмасы иля баьлы вясатяти олуболмамасыны сорушур. Proses iştirakçılarının hər biri ayrı ayrılıqda vəsatətləri olmadığını bildirdi. Sədrlik edən инзибати хята щаггында протоколу вя диэяр сянядляри охуйуб елан едир вя Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 528.1-cи маддясиндя нязярдя тутулмуш инзибати хятанын мащиййятини вя щямин ямяля эюря мцяййян олунмуш мясулиййяти изащ едир. Sədrlik edən protokol tərtib edən şəxsə изащат verməyi təklif edir. Protokol tərtib edən şəxs X10 изащатында эюстярир: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)-439/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs X1na 238 (iki yüz otuz səkkiz) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edirəm. İcra məmuruna sual olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)-439/2020 saylı icra vərəqəsinə əsasən 238 (iki yüz otuz səkkiz) manat aliment borcum yığılmışdır. Həmin məbləği borc kimi qəbul edirəm. Maddi imkanım ağır olduğu üçün borcumdan ödəniş edə bilmirəm və borcumu hissə-hissə hər ay ödəməyi öhdəmə götürürəm. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Sədrlik edən müdafiəçiyə изащат verməyi təklif edir. Müdafiəçi Vəkil izahatında göstərmişdir: Hüquqlarını müdafiə etdiyim şəxsin Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)-439/2020 saylı icra vərəqəsinə əsasən tələbkara 238 (iki yüz otuz səkkiz) manat aliment borcu yığılmışdır. Maddi imkanı olduqca ağırdır. O, borcunu hissə-hissə hər ay ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən güzəşt edilməsini xahiş edirəm. Müdafiəçiyə sual olmadı. Sədrlik edən tələbkara izahat verməyi təklif edir. X1 izahatında göstərir: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(030)-439/2020 saylı icra vərəqəsinə əsasən Məqsədin mənə 238 (iki yüz otuz səkkiz) manat aliment borcu yığılıb. Borclu borcunu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürdü. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Tələbkara sual olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərin vəsatətlərinin olub olmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda əlavə vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən ишдя олан сянядляри охуйуб елан едир вя proses iştirakçılarından щямин сянядляря даир суалы və ишин мащиййяти иля баьлы ня кими ялавяляри, вясатятляри олуб-олмамасыны сорушур. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda eлан олунан сянядляря даир суал, əlavə və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən yerində qısa müşavirə edərək, qərara alır: Məhkəmə tədqiqi tamamlansın və çıxışlara başlansın. Sədrlik edən çıxış üçün Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verir. Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 оьлу: Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şяхс Şəxs söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şяхс Şəxs: Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün X1na söz verir. X1: Məhkəmədən Şəxs barəsində ciddi tədbir görülməsini xahiş edirəm. Sədrlik edən müdafiəçi Vəkil söz verir. Müdafiəçi Vəkil: Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən işdə iştirak edən şəxslərdən replika hüququndan istifadə edibetməmələrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda replika hüququndan istifadə etmək istəmədiklərini bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən просес иштиракчыsына гярардан шикайят вя протест верилмя гайдасыны, протокола таныш олма щцгугларыны изащ етди. Sədrlik edən мящкямя иcласыны саат 15:45-də баьлы елан етди. Protokol 05 may 2023-cü ildə tərtib olunmuşdur. Sədrlik edən: _____________________ Mustafa Mustafayev Kатиб: ____________________ Bəylər Fərzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar