Məhkəmə qərarları › İş №3(030)-123/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-123/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-123/2023 12.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X3 iclas katibliyi, Daşkəsən RPŞ-nin İTBnin polis sahə rəisi, polis mayoru X7, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" QSC-də nəzarətçi vəzifəsində işləyən, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi ev 26, mənzil 9-da yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Daşkəsən Rayon Polis Şöbəsində 12 may 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı vuraraq ona qəsdən sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, onunla birgə qonşuluqda yaşayan Şəxs uzun müddətdir ki, onu və ailəsini narahat edir. Buna görə də, onun barəsində polis orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə evinə nahara gələn zaman blokda Şəxsla rastlaşıb. Sənan onun həyat yoldaşını niyə söydüyünü demiş və mübahisə yaranmışdır. Daha sonra Sənan ayağına zərbə vurmuş, yıxılan zaman sinəsinə və boyun nahiyəsinə yumruqlar vurduqdan sonra o huşunu itirmişdir. Ayıldıqda həyat yoldaşı Tahirə onu Sənanın əlindən aldığını və daha sonra Sənanın oranı tərk etdiyini görmüşdür. Lakin, hal-hazırda onlar barışmışlar və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun Sənana qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evindən çıxan zaman onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs binanın blokuna daxil olaraq onunla mübahisə etməyə başlamışdir. Buna qarşılıq olaraq onunla heç bir ədavəti olmadığını uzağlaşmasını tələb etmişdir. Daha sonra Zeynal ilə aralarında münaqişə yaranmışdır. Bu zaman səsə Zeynalın həyat yoldaşı Tahirə çıxmış və mübahisələrini yekunlaşdırmışlar. Hazırda barışmışlar, Zeynalın ona qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyim şəxs ilə onun qonşusu Zeynal mübahisə etməyə başlamışdır. Buna qarşılıq olaraq Sənan heç bir ədavəti olmadığını və Zeynalın uzağlaşmasını tələb etmişdir. Daha sonra Zeynal ilə aralarında münaqişə yaranmışdır. Səsə Zeynalın həyat yoldaşı Tahirə çıxmış və mübahisələrini yekunlaşdırmışdılar. Hazırda barışmışlar, Zeynalın ona qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə iş görən zaman binanın blokundan səs-küy eşidib bayıra çıxmış və həyat yoldaşı Zeynalı qonşuluqda yaşayan Sənan tərəfindən döyüldüyünü görmüşdür. Tez yaxınlaşaraq həyat yoldaşı Zeynalı onun əlindən alaraq aralamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Daşkəsən şəhəri İ.Qayıbov küçəsi ev 26-da yerləşən binanın blokundan səs-küy gəldiyini eşitmiş və eyvana çıxaraq qonşusu Sənanın digər qonşusu olan Zeynal ilə mübahisə etdiyini görmüşdür. Daha sonra isə onları aralamışdır. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 102 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- Başın təpə, ənsə, boyun və sağ diz oynağı nahiylərinin qançırları, sağ baldır nahiyyəsinin sıyrığı- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsvir hissəsində göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 12 may 2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə ünvanlanmış 12 may 2023-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, bir daha zərər çəkmişə qarşı heç bir qeyri-qanuni hərəkətlərə yol verməməyi öhdəsinə götürmüşdür, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Оnа görə də, məhkəmə hesаb edir ki, zərərçəkmiş şəxsin inzibаti xətаnı törədən şəxs ilə bаrışdığındаn Şəxs bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edilməli, qəbul edilmiş qərаrın surəti tərəflərə göndərilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 30-34, 53, 106-115-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Hakim: Mustafa Mustafayev İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda eлан олунан сянядляря даир суал, əlavə və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən yerində qısa müşavirə edərək, qərara alır: Məhkəmə tədqiqi tamamlansın və çıxışlara başlansın. Sədrlik edən çıxış üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şяхс Şəxs söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şяхс Şəxs: Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün zərəçəkmiş şяхс Zərərçəkmiş şəxs söz verir. Zərəçəkmiş şяхс Zərərçəkmiş şəxs: Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün protokolu tərtib etmiş şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 verir. Protokolu tərtib etmiş şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4: Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edirəm. Sədrlik edən işdə iştirak edən şəxslərdən replika hüququndan istifadə edibetməmələrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda replika hüququndan istifadə etmək istəmədiklərini bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən просес иштиракчыsына гярардан шикайят вя протест верилмя гайдасыны, протокола таныш олма щцгугларыны изащ етди. Sədrlik edən мящкямя иcласыны саат 16:10-da баьлы елан етди. Protokol 12 may 2023-cü ildə tərtib olunmuşdur. Sədrlik edən: ___________________ Mustafa Mustafayev Katib: ____________________ Bəylər Fərzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar