Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-123/2024 09.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, xx.xx.1977-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində cərimə təyin olunmasına dair AR DİN BDYPİ-nin qərarlarını qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 18069315 nömrəli protokol əsasında çıxarılmış eyni nömrəli elektron qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli EQ 18069315 nömrəli elektron qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş “AsanPay Ödəniş Portalı”nin çıxarışından görünür ki, Şəxs barəsində tərtib olunmuş barəsində EQ 18069315 nömrəli protokol əsasında çıxarılmış eyni nömrəli elektron qərar üzrə təyin edilmiş cərimə ödənilməmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs mülkiyyətində olan VAZ 21013 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikasının DİN-nin BDYP-nin X2 vasitəsi ilə yoxlanılmış və onun mülkiyyətində olan avtomobilin üzərinə **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəriməsi səhvən gəldiyi məlum olmuşdur. Məhkəmə inzibati işin materiallarını və toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, X4 əməlində AR İXM-nin 529.3-cü maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatın xitam verilməlidir. Belə ki, AR İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait sübut edilməlidir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibati xəta tərkibi olmadığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibati xəta tərkibi olmadığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-123/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-123/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver