Məhkəmə qərarları › İş №3(030)-13/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-13/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-13/2023 18.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1960-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu Bayan kəndində yaşayan, Şəxs Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Məhəmməd oğlunun barəsində EQ ******* və EQ ******* nömrəli inzibati xəta protokolları üzrə tədbiq edilmiş cərimələri AR DİN BDYPİ-nin X1 qərarının qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs Məhəmməd oğlu AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada poçt vasitəsi ilə məlumat verilmiş Şəxs Məhəmməd oğlu üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs Məhəmməd oğlu barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “QAZ 2705 YÜK” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ ******* protokol üzrə qəbul edilmiş qərarın surətindən görünür ki, Şəxs Məhəmməd oğlu AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs Məhəmməd oğlunun barəsində xx.xx.2022-ci il tarixdə AR İXM-nın 327.2ci maddəsi ilə tərtib olunmuş EQ ******* seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 60 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 96 manat təşkil etmişdir. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs Məhəmməd oğlu barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “QAZ 2705 YÜK” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ ******* protokol üzrə qəbul edilmiş qərarın surətindən görünür ki, Şəxs Məhəmməd oğlu AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs Məhəmməd oğlunun barəsində xx.xx.2022-ci il tarixdə AR İXM-nın 327.1ci maddəsi ilə tərtib olunmuş EQ ******* seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 40 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 60 manat təşkil etmişdir. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Məhəmməd oğlu barəsində EQ ******* və EQ ******* nömrəli protokollar üzrə təyin edilmiş cərimələrini qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs Məhəmməd oğlunun barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. AR İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhəmməd oğlunun əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Məhəmməd oğlu AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar