Məhkəmə qərarları › İş №3(030)-130/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-130/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-130/2024 08.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenanatı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Qaraqollar kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən RPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs 29 may 2024-cü il tarixdə Daşkəsən RPŞ-nin DYPB-nin inspektoru, polis serjantı Mobil Hacıyev raportla Daşkəsən RPŞ-nə məruzə edərək bildirmişdir ki, xx.xx.1991-ci ildə Daşkəsən rayonu Qaraqollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu Qaraqollar kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Bülbül küçəsi, ev 34-də yaşayan Şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş məlumata əsasən xx.xx.2024-cü il tarixdə saat 16:45 radələrində keçirilmiş tədbirlər nəticəsində Əhmədov X1 rayonu Xoşbulaq kənd avtomobil yolunun 4cü km-də yerləşən “Narzan” yolunun yaxınlığında Ford-Tranzit markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, ona görə də Şəxs üzərinə baxış keçirilməsini xahiş etmişdir. Keçirilmiş baxış zamanı Şəxs üzərindən çəkisi 2,55 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, əməlində Azərbaycan Resoublikas Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əlamətləri olmadığına görə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 protokolda qeyd olunan xüsusatları təsdiq edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək izahatında göstərdi ki, hadisə baş verən zaman sərxoş vəziyyətdə olmuşdur və narkotik vasitəni parkdan tapmışdır. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə birdə belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmədən bunların nəzərə alınaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında göstərdi ki, Şəxs hal- hazırda etdiyi əməldən son dərəcə peşmandır. Bir azyaşlı övladı olduğunu və övladı anasının himayəsində yaşamasına baxmayaraq, həmin övladına görə aliment ödədiyini bildirmişdir. Hal-hazırda aliment ödəmək iqtidarındadır, əgər həbs növündə inzibati tənbeh tədbiri görülərsə, aliment ödəməsində çətinliklər yaranacaqdır. Məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində 206-cı maddənin sanksiyasında göstərilən cərimə növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 may 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs əynində olan gödəkçənin iç hissəindən bir ədəd sellofan paket içərisində paket içərisində 2.85 qram çəkidə, tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, eləcə də bir ədəd içərisində narkotik vasitə olan siqaret dənəsi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 16/634 saylı rəyinə əsasən məlum olmuşdur ki, ümumi təmiz çəkisi 2,55 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli 1834/2024 nömrəli protokoldan görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, material üzrə araşdırma zamanı xx.xx.1991-ci ildə Daşkəsən rayonu Qaraqollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu Qaraqollar kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Bülbül küçəsi, ev 34-də yaşayan Şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş məlumata əsasən xx.xx.2024-cü il tarixdə saat 16:45 radələrində keçirilmiş tədbirlər nəticəsində Əhmədov X1 rayonu Xoşbulaq kənd avtomobil yolunun 4-cü km-də yerləşən “Narzan” yolunun yaxınlığında Ford-Tranzit markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, ona görə də Şəxs üzərinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı Şəxs üzərindən çəkisi 2,55 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və (üzərindən aşkar edilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq olmadığından onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmamış) onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını hərtərəfli, obyektiv tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və ilk dəfə inzibati xətanı törətməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar