Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-130/2025 13.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu Əmirvar kəndində yaşamaqla Daşkəsən rayon Gurbulaq kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Daşkəsən Rayon Polis şöbəsi tərəfindən 13 iyun 2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Əmirvar kəndində Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X5 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf etməyərək bildirmişdir ki, təsərrüfatında olan mal-qara qonşuluqda yaşayan Mənsurənin həyətyanı sahəsinə daxil olmuşdur. Bu zaman Mənsurə ilə sadəcə mübahisələri yaranmışdır. O, Mənsurəni vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Əmirvar kəndində Şəhlanın iribuynuzlu mal-qarası onun yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşdur. O, heyvanları qovub həyətyanı sahəsindən çıxaran zaman Şəhla bunu görərək söyə-söyə onun həyətinə gəlmişdir. O, Şəhlanın onu vuracağını düşənərək qaçaraq evə daxil olmuşdur. Bundan sonra Şəhla evin qapı və pəncərələrini daşlamağa başlamışdır. Atdığı daşlardan biri pəncərəni qıraraq onun alın nahiyəsinə dəymişdir. Bundan sonra o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə zəng edərək şikayət etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi X2 izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyini sübuta yetirəcək sübutlar mövcud deyildir. Bu halın nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 24 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın orta alın nahiyyəsinnin və sağ saidin qançırları bərk KÜT əşyanın (əşyaların) təsirindən törənib, törənmə müddəti xx.xx.2025-ci tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs İXM-nin 157-ci maddəsində göstərilən inzibati xətanı törətdiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-ya göndərilməsi qərara alınmışdır. Həmin qərarda hadisənin Şəxs tərəfindən törədilməsi sübutlar əsasında müəyyən olunmamışdır. İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci mаddəsinə əsаsən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, Zərərçəkmiş şəxs xəsarət alması barədə tibbi sənəd olsa da, həmin xəsarətin Şəxs tərəfindən yetirilməsi barədə sübutlar mövcud deyildir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən (təqsirliliyi sübuta yetirilmədikdə) xitam verilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 30-34, 53, 106-115-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-130/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-130/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver