Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-133/2025 13.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi vəkil X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kənd ərazisində ictimai yerdə uca səslə nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bundan başqa Şəxs qanunsuz yolla narkotik vasitə əldə edərək istifadə etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-131/2025 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)- 132/2025 saylı inzibati iş və MN ******* saylı protokol üzrə 3(030)-133/2025 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-133/2025 sayla baxışa təyin edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə olmuş və ictimai yerdə nalayiq söyüşlər işlətdiyi üçün polis əməkdaşları onu nizam-intizama dəvət etmiş lakin o, hərəktələrini davam etdirmişdir. Daşkəsən rayonu Xoşbulaq kəndində xidmətdə olan polis əməkdaşları tərəfindən Daşkəsən RPŞ-nə gətirilmişdir. Sonra o, Gəncə şəhərində olan narkoloji dispanserə aparıldıqda sidiyinin analiz nümunasindən narkotik vasitə aşkar edilmişdir. O, analizin rəy cavabı ilə razı olaraq 1-2 ay öncə Xoşbulaq kənd ərazisində narkotik vasitə olan çətənə bitkisinin yarpaqlarını qurudaraq istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında Daşkəsən rayon Polis şöbəsinin sahə rəisi X6 izahatında göstərmişdir ki, faktla əlaqədar Daşkəsən rayon PŞ- də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Daşkəsən RPŞ-in İTŞ-nə göndərilmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokollarda göstərilmiş inzibati xətaları törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində yerləşən “Sərin” şadlıq sarayına dostunun toy mərasiminə getmişdir. Həmin toy məclisində həddən artıq sipirtli içki qəbul etmiş və ağır dərəcədə sərxoş olmuşdur. Toydan çıxdıqdan sonra yaşadığı Daşkəsən rayonu, Xoşbulaq kəndinə qayıtmışdır. Sipirtli içkinin təsir altında olduğu üçün bəzi hərəkətləri dəqiq xatırlaya bilmir. Lakin, Xoşbulaq kənd ərazisində olan kafenin qarşısında Bəhram adlı şəxsin ünvanına ucadan nalayiq söyüşlər söyməsini xatırlayır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq ucadan nalayiq söyüşlər söyməsini dayandırmasını xahiş etmişlər. Sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələbinə tape olmamışdır. Polis əməkdaşları onu polis şöbəsinə gətirmiş və onun narkotik vasitə qəbul edib-etməməsini aydınlaşdırmaq üçün Narkoloji dispanserə aparmışlar. Ondan test nümunəsi götürülmüşdür. Testin nəticəsi müsbət çıxmışdır. O, testin nəticəsi ilə razıdır. Belə ki, əvvəllər qurudulmuş narkotik vasitə olan marixuana istifadə etmişdir. Əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 ifadəsində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs birdə daha narkotik vasitə qəbul etməyəcəyini bildirərək əməlindən səmimi peşman olmuşdur. Odur ki, şəxsin barəsində inzibati xəta haqqında iş üzrə maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kənd ərazisində xidmətdə olan zaman Şəxs kənd ərazisindəki kafenin qarşısında ucadan nalayiq söyüşlər söyməsini görmüşlər. Bu zaman onlar dərhal ona yaxınlaşmışlar. Şəxs yaxınlaşan zaman onun sərxoş vəziyyətdə olduğunu hiss etmişlər. Onu nizam-intizama dəvət etmişlər lakin o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Bağırov X8 rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Daşkəsən rayonu Xoşbulaq kənd ərazisində xidmətdə olan zaman Şəxs kənd ərazisindəki kafenin qarşısında ucadan nalayiq söyüşlər söyməsini eşitmişlər. Bu zaman onlar dərhal ona yaxınlaşmışlar. Həmin çəxsə yaxınlaşan zaman onun sərxoş vəziyyətdə olduğunu hiss etmişlər. Onu nizam-intizama dəvət etmişlər lakin o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Bağırov X8 rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4xx.xx.2025-ci il tarixdə axşam saatlarında Daşkəsən rayonu Xoşbulaq kənd ərazisində xidmətdə olan zaman Şəxs kənd ərazisindəki yeməkxananın yanında ucadan söyüşlər söyməsini eşitmişlər. Bu zaman onlar dərhal ona yaxınlaşmışlar. Həmin çəxsə yaxınlaşan zaman onun sərxoş vəziyyətdə olduğunu hiss etmişlər. Onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşkəsən Rayon Məhkəməsinin 3(030)-236/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Şəxs xırda xuliqanlıq hərəkətinə yol verdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 gün müddətində inzibati həbs olunmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 3(030)-66/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs xırda xuliqanlıq hərəkətinə yol verdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 3(030)-143/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 3(030)-165/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs sərxoş vəziyyətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli 2164/2025 nömrəli protokoldan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan (THC) aşkar edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535 və 206-cı maddələrinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötürü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 344 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 22:00-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Beləliklə iş sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndində sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamamış, hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla da o, AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa onun narkoloji dispanserdə müayinədən keçməsi zamanı narkotik vasitədən istifadə etmiş olması tibbi müayinəsi haqqında rəy ilə aşkar olunmuşdur. O, narkotik vasitəni qəbul etməsini özü də etiraf etmişdir. Tibb müayinəsi haqqında rəy ilə razı olduğunu bildirmişdir. Bununla da əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsin əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən məhkəmə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanın sərxoş halda törədilməsi məsuliyyətini ağırlaşdıran hall kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun barəsində məhkəmə qərarları əsasında əvvəllər verilmiş inzibati tənbehlərdən sonra yenidən inzibati xəta törətməsini nəzərə alaraq, hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Bununla yanaşı, məhkəmə hesab edir ki, İXM-nin 37-ci maddəsinin tələbinə uyğun olaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi üçün əsaslar vardır. Şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən 206-cı maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 30 (otuz) gün müddətə inzibati həbs olunsun. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, 12 iyun 2025-ci il saat 22:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-133/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-133/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver