Məhkəmə qərarları › İş №3(030)-134/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-134/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-134/2024 25.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis kapitanı X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, xx.xx.2003-cü ildə Daşkəsən rayonu Gurbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu Əmirvar kəndində qeydiyyatda olan, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından yəni, AR DİN-dən xüsusi icazə almadan mülki silah hesab edilən 1 ədəd, “İJ-17” markalı, tək lüləli, 16 çaplı, B 36680 nömrəli texniki cəhətdən saz və atəş üçün yararlı ov silahını əldə etməklə saxlamışdır. Bununla da X6 AR İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis kapitanı X8 protokolun məzmununa uyğun izahat verərək, X6 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə X7 ilə birlikdə heyvanları otlaq sahəsində otaran zaman babası Əmir Əhmədovdan yadigar qalan ov silahınıda vəhşi heyvanlardan qorunmaq üçün özü ilə birlikdə götürmüşdür. Babası 2014-cü ildə vəfat etmişdir. Daha sonra polis əməkdaşı onu saxlamış onda olan ov tüfəngini görərək sənədinin olub olmadığını soruşmuşdur. Silahın sənədinin olmadığını mərhum babasından qaldığını demişdir, bu zaman silahının sənədlərinin olmadığı aydın olmuşdur. Polis sahə rəisi onu Daşkəsən RPŞ-yə gətirərək barəsində protokol tərtib etmişdir. O, hazırda qanunsuz silah gəzdirdiyi üçün peşmandır, bir daha bele səhv etməyəcəyini öhdəsinə götürür, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, X4 inzibati xəta törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, 12 iyul 2024-cü il tarixdə polis sahə rəisi, Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokolla və işin digər halları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq onun əməli AR İXM-nin 590.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis kapitanı X5 tərtib etdiyi 12 iyul 2024-cü tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X1 silah daşıma qaydalarını pozmuşdur. AR İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən törədilmiş xətanın xarakterini, X4 ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini onun məsuliyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə X4 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə X4 törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini və şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə onun barəsində cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut kimi X2 götürülmüş 1 ədəd, “İJ-17” markalı, tək lüləli, 16 çaplı, B 36680 nömrəli texniki cəhətdən saz və atəş üçün yararlı ov silahı müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 3 , 9.1, 12, 21, 40, 43, 48, 51, 75, 76.1, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 AR İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 ədəd, “İJ-17” markalı, tək lüləli, 16 çaplı, B 36680 nömrəli ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Maddi sübut kimi X2 Daşkəsən rayon Polis Şöbəsi tərəfindən götürülmüş 1 ədəd, “İJ-17” markalı, tək lüləli, 16 çaplı, B 36680 nömrəli ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə və Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar