Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-134/2025 23.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X7, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx.xx.1990-cı ildə Daşkəsən rayonu Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, evli, işləməyən Daşkəsən rayonu Əhmədli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 20 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Daşkəsən Rayon Məhkəməsinin 2(030)-18/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs 3297 (üç min iki yüz doxsan yeddi) manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X7 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-18/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 01 may 2009-cü ildə anadan olmuş X4, 18 iyul 2010-cu ildə anadan olmuş X8 və 18 mart 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs 23 yanvar 2024-cü il tarixdən hesablanmaqla 31 dekabr 2024-cü il tarixədək hər bir uşağa münasibətdə ölkə üzrə minumum əmək haqqının 20 misli həddində, 01 yanvar 2025-ci ildən başlayaraq ölkə üzrə minumum əmək haqqının 17 misli həddində alimentin (tələbkar) Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icra şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra vərəqəsinin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. 2025-ci ilin mart və aprel aylarında tələbkar tərəfindən aliment borcunun ödənilməsi tələb olunmuşdur. Aliment borcunun ödənilməsi ilə bağlı tələbkar tərəfindən aidiyyəti üzrə şikayət və tələblər olunmuşdur. Bundan sonra borclu icra şöbəsinə dəvət olunmuş və aliment borcunun ödənməsi barədə şifahi və yazlı xəbərdarlıqlar olunmuşdur.. Borclunun icra şöbəsində izahatı alınan zaman aliment borcunu ödəməməyinə səbəb kimi işsiz olması və tələbkarla birgə yaşadıqları dövrdə qazandıqları əmlakdan ona düşəcək payı ala bilməməsini bildirmişdir. Hazırki vaxtadək borclu tərəfindən aliment borcundan heç bir ödəniş olunmuşdur. Ona görə də barəsində inzibati protokol tərtib olunmuşdur. Borclunun əmlak vəziyyəti yoxlanılmış lakin rəsmi olaraq adına hər hansı əmlak aşkar olunmamışdır. Hazırda 3297 manat aliment borcu var. Qeyd edilənlərə əsasən, qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hazırda işləmədiyi və iş yeri əldə bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Maddi cəhətdən çətinlik çəkir. Aliment borcunu ödəyə bilməməyinə səbəb işsiz olmasıdır. Tələbkarla on altı il birlikdə yaşamışdır. Həmin müddətdə, birgə nigah dövüründə qazandıqları əmlak paylarından ona heçnə verilməmişdir. Həmin əmlakdan pay alacağı halda ona düşəcək hissəni satıb aliment borcundan ödəyəcəkdir. Bundan sonra iş tapıb işləyəcəyini və hər ay aliment borcundan ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, onun təsərrüfatında hər hansı bir mal-qara (böyük və ya kiçik xırda buynuzlu heyvan) yoxdur. Mülkiyyətlərində cəmi səkkiz sot torpaq sahəsi var. Uşaqlara baxmaqda çətinlik çəkir. Odur ki, yarnmış olan aliment borcunun ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X5 ifadəsində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən icra şöbəsinin çağrışlarından yayınma halı mövcud olmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxs işsiz olduğu üçün aliment borcu üzrə ödəniş edə bilməmişdir. Proses iştirakçılarının ifadələrindən və iş materialından da göründüyü kimi icra məmuru tərəfindən bütün zəruri icra tədbirləri görülməmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş üzürsüz səbəbdən yayınma və məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə halı yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və zərərçəkmiş şəxsin izahatlarını, vəkilin ifadəsini dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, borclunun əməlində halda borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-134/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-134/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver