Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-135/2025 20.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, evli, işləməyən Daşkəsən rayonu Təzəkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 20 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Bağırov X7 Rayon Məhkəməsinin 2(030)-189/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və 2(030)-454/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs 1160 (min yüz altmış) manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-189/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat məbləğində alimenti və 2(030)- 454/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 (yüz əlli) manat olmaqla hər ay cəmi 230 manat məbləğində alimenti zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borcluya dəfələrlə xəbərdarlıqlar olunmuş barəsində axtarış qərarı verilmişdir. 2024-cü ilin sentyabr ayında polis əməkdaşlarının köməyi ilə icra şöbəsinə gətirilmişdir. Bundan sonra noyabr və dekabr aylarında aliment borcundan ödəniş etmişdir. Borclu tərəfindən aliment borcu ödənilmədiyi üçün barəsində yenidən axtarış qərarı verilmişdir. 17 iyun 2025-ci il tarixdə borclunun icra şöbəsinə gətirilməsi polis əməkdaşlarının köməyi ilə mümkün olmuşdur. Borclu tərəfindən 2025-ci ilin yanvar ayından hazırki vaxtadək 150 manat ödəniş olunmuşdur. Borclunun icra şöbəsində izahatı alınan zaman borcun ödəməməyinə səbəb kimi səhətində yaranmış problemləri olduğunu bildirmişdir. Borclunun 1160 (min yüz altmış) manat məbləğində aliment borcu qalmışdır. Ona görə də barəsində inzibati protokol tərtib olunmuşdur. Borclunun barəsində inzibati protokol tərtib olunduqdan sonra 150 manat tələbkarın hesabına ödəniş olunmuşdur. Bundan başqa 150 manat ödənişlə bağlı tələbkarla telefon vasitəsi ilə əlaqə yaradan zaman həmin məbləğin ödənildiyini təsdiq etmişdir. Hazırda 1010 manat aliment borcu qalmışdır. Qeyd edilənlərə əsasən, qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hazırda işləmədiyindən və səhhətində yaranmış problemlərlə əlaqədar olaraq aliment borcunu ödəyə bilməmişdir. Maddi imkanın aşağı olması və səhhətində yaranmış problemlərlə əlaqədar aliment borcunu ödəməkdə çətinlik çəkir. Buna baxmayaraq 02 və 20 iyun 2025-ci il tarixlərində 150 manat olmaqla 300 manat tələbkarın hesabına ödənmişdir. Bundan sonra hər ay aylıq alimenti və qalan aliment borcun hər ay hissə-hissə ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar Zərərçəkmiş şəxs məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş “Yeni Klinika”nın tibbi sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə klinikada tibbi müayinədə olmuşdur. İşə əlavə olunmuş “Yeni Klinika”nın tibbi sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə klinikada tibbi müayinədə olmuşdur. İşə əlavə olunmuş “Yeni Klinika”nın TQS027 nömrəli tibb kitabçasının surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək klinikada ambulator qaydada müalicədə olmuşdur. İşə əlavə olunmuş “APPRO LAPORATORİES”in P21908 nömrəli tibbi sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə klinikada tibbi müayinədə olmuşdur. İşə əlavə olunmuş “X5”nın tibbi sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə klinikada tibbi müayinədə olmuşdur. İşə əlavə olunmuş “Hövsan MMC “Sağlam Həyat” klinikasının tibbi sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə klinikada tibbi müayinədə olmuşdur. İşə əlavə olunmuş X1 tibbi sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə xəstəxanda tibbi müayinədə olmuşdur. İşə əlavə olunmuş “MEDİLAND“ Hospitalın (klinika) tibbi sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə klinikada tibbi müayinədə olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, son 20 gün ərzində Şəxs tərəfindən borcundan 300 manat ödəniş etmişdir, qalan aliment borcu isə hər ay hissəhissə olmaqla ödəyəcəyini bildirir. Bundan başqa onun müxtəlif vaxtlarda müalicə və tibbi müayinələrdə olması barədə sübutlar mövcuddur. Belə olan halda borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-135/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-135/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver