Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-138/2024 14.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, zərər çəkmiş orqanın etibarnamə üzrə nümayəndəsi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Masallı rayonu, Zuvandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu Zəylik kənd orta məktəbinin direktoru vəzifəsini icra edən, evli, ali təhsilli, Daşkəsən rayonu, Zəylik kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Daşkəsən rayon Prokurorunun 25 iyul 2024-cü il tarixli qərarı ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qərarda qeyd edilir ki, Mirzəyev X4 rayon Zəylik kənd tam orta məktəbində direktor vəzifəsini icra edən maddi məsul şəxs olaraq öhdəsində olan ümumi dəyəri 100.38 manat məbləğində olan çatışmayan maddi dəyərli əşyaları israfçılıq yolu ilə talamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Daşkəsən rayon Prokurorluğunun etibarnamə üzrə nümayəndəsi X1 bildirmişdir ki, Şəxs ümumi dəyəri 100.38 manat məbləğində olan maddi dəyərli əşyaları israfçılıq yolu ilə talamışdır, onun əməlində AR İXM-nin 227-ci maddəsində göstərilmiş inzibati xətanın əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraat başlanması qərarı verilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş orqanın etibarnamə üzrə nümayəndəsi X8 izahatında göstərdi ki, 2023-cü il may ayının 16-da Daşkəsən rayon Zəylik kənd tam orta məktəbinin keçmiş direktoru X5 iş yerini dəyişdirdiyinə görə Mirzəyev X4 rayon Zəylik kənd tam orta məktəbinə direktor vəzifəsinə müvəqqəti olaraq təyin olunmuşdur. Maliyyə yoxlaması aparılarkən çatışmayan avadanlıqların olduğu müəyyən olunmuş, sonra müvafiq akt tərtib olunmuşdur. Yoxlamadan sonra həmin çatışmayan invertarların yerinə bərpa olunmuş, çatışmazlıqlar ardan qaldırılmışdır. Bununla bağlı Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, heç bir xırda talama hadisəsi baş verməmişdir. Sadəcə olaraq məktəbin təmiri zamanı müəyyən əşyalar müvəqqəti olaraq olduğu yerdən götürülmüşdür. Sonra isə öz yerinə qaytarılmış və və aktlaşdırılmışdır. Bu səbəbdən o, əşyaları mənimsəmiş sayılmır. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 izahatında göstərdi ki, Şəxs talama əlaməti yoxdur. Buna görə inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş orqanın etibarnamə üzrə nümayəndəsi X8 izahatında göstərdi ki, 2023-cü il may ayının 16-sında Daşkəsən rayon Zəylik kənd tam orta məktəbinin keçmiş direktoru X5 iş yerini dəyişdirdiyinə görə Mirzəyev X4 rayon Zəylik kənd tam orta məktəbinə direktor vəzifəsinə müvəqqəti olaraq təyin olunmuşdur. Maliyyə yoxlaması aparılarkən çatışmayan avadanlıqların olduğu müəyyən olunmuş, sonra müvafiq akt tərtib olunmuşdur. Yoxlamadan sonra həmin çatışmayan invertarların yerinə bərpa olunmuş, çatışmazlıqlar ardan qaldırılmışdır. Bununla bağlı Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Daşkəsən rayon Zəylik kənd orta məktəbində aparılmış maliyyə yoxlaması zamanı aşkar edilməyən maddi dəyərli əşyalar sonradan aşkar edilmişdir və təyinatı üzrə məktəbdə istifadə edilir. Zərərçəkmiş idarənin etibarnamə üzrə nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, habelə inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bələ ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mənimsənildiyi qeyd olunan əşyalar öz yerinə bərpa edilmiş və bununla da vurulmuş zərər aradan qaldırılmşdır. Məhkəmə iclasında zərərçəkmiş idarənin səlahiyyətli nümayəndəsi vurulmuş ziyanın aradan qaldırılmış olduğunu təsdiq etmiş və buna görə də Şəxs qarşı heç bir tələb və şikayətin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 39.2, 40, 43, 48, 51, 114, 128 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-138/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-138/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver