Məhkəmə qərarları › İş №3(030)-138/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-138/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-138/2025 30.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X17 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili (müdafiəçisi) X2 iştirakı ilə, xx.xx.1983-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, Gəncə şəhəri M. Bürcəliyev küçəsi ev 46A-da qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən RPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Nəsibli Şərif raportla məruzə edərək HK-1/402 saylı material üzrə X11, Şəxs, X1 və X3 narkotik vasitə əldə edib istifadə etdiyi aşkar olunmuşdur. Raport əsasında Daşkəsən RPŞ-nin İQnun müstəntiqi X8 tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2025-ci il tarixdə X12, Şəxs, X1 və X9 ilə domino oyunu oynayan zaman Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları çayxanaya daxil olub özlərini təqdim etdikdən sonra onlardan narkotik vasitənin təsiri altında olmadıqlarını demişdilər. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişdir. Onlar rayon polis şöbəsinə getdikdən sonra onları narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün Gəncə Rayonlararası Narkoloji Dispanserə aparmışlar. Hər biri ordan analizlərdən keçdikdən sonra hər birinin analizlərinin nəticəsi müsbət çıxmışdır. Bununla da, əməlində cinayət əlamətləri olmadığına görə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X10 protokolda qeyd olunan xüsusatları təsdiq edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixində Bakı şəhərində toy məclisindən çıxıb 20 Yanvar metrosu yaxınlığına getmək üçün taksiyə minmişdir. Taksidə ondan başqa tanımadığı 2 nəfər də olmuşdur. Həmin şəxslər yol boyu narkotik vasitə olan qurudulmuş marixuananı çəkib tüstüsünü avtomobilin içinə vermişlər və buna görə də həmin tüstüdən sərxoş vəziyyətə düşmüşdür. O, avtomobilin salonuna yayılmış tüstünün narkotik vasitədən olmasını bilmiş, lakin ondan kənarda qalmaq istəməmişdir. Bilərəkdən tüstünü orqanizminə nəfəs yolu ilə qəbul etmişdir. Himayəsində iki azyaşlı övladı var. İkinci Qarabağ müharibəsi iştirakçısıdır, etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 hüquqlarını müdafiə etdiyi şəxsin əməllərini səmimi etiraf etməsini və peşmançılığını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq yüngül inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Şəxs narkotik vasitə istifadə etməsi, narkotik vasitə alüdəçisi olması hal və hərəkətlərindən, aqressivliyindən hiss edildiyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserindən tibbi yoxlamadan keçirilmiş və yoxlama zamanı narkotik (epizodik) vasitə istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli 2078/2025 nömrəli protokolun surətindən görünür ki, Şəxs sidiyində narkotik vasitə (THC) aşkar edilmişdir. “CMS” Elektron Məhkəmə Sistemində verilmiş sorğunun çıxarışından görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısıdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1983-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, Gəncə şəhəri M. Bürcəliyev küçəsi ev 46A-da qeydiyyatda olan Şəxs xx.xx.2025-ci il tarixdə X12, X9, X1 ilə domino oyunu oynayan zaman Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları çayxanaya daxil olub özlərini təqdim etdikdən sonra onlardan narkotik vasitənin təsiri altında olmadıqlarını demişdilər. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişdir. Onlar rayon polis şöbəsinə getdikdən sonra onları narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün Gəncə Rayonlararası Narkoloji Dispanserə aparmışlar. Hər biri ordan analizlərdən keçdikdən sonra hər birinin analizlərinin nəticəsi müsbət çıxmışdır. O, Daşkəsən rayon polis şöbəsinə gətirilmiş və izahatı alınmışdır.İzahatı alınan zamanı Şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz vasitə əldə edərək istifadə etdiyi məlum olmuşdur. Toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və (sidiyində narkotik vasitə aşkar olunduğundan onun hərəkətlərində cinayət əməlinin tərkib əlamətləri olmamış) onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını hərtərəfli, obyektiv tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs inzibati xəta törətməsini etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar