Məhkəmə qərarları › İş №3(030)-139/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-139/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-139/2023 30.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X3 iclas katibliyi, Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu A.Abdullayev küçəsi ev 5-də qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2112/2021 saylı 21 fevral 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq tələbkar X9 600 manat borcunu və Daşkəsən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(030)-376/2018 saylı icra vərəqəsi üzrə 11 noyabr 2003-cü ildə anadan olmuş X10 və 03 mart 2006-cı ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh Şəxs hər uşağa 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməyə borlcu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 2600 (iki min altı yüz) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 bildirdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2112/2021 saylı 21 fevral 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq tələbkar X9 600 manat borcu və Daşkəsən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(030)- 376/2018 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs 2600 (iki min altı yüz) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, Şəxs icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2112/2021 saylı 21 fevral 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq tələbkar X9 600 manat borcunu və Daşkəsən rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(030)-376/2018 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs 2600 manat məbləğində borcunu ödəməmişdir. Hal-hazırda tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu aliment borcundan 300 manat ödəniş etmiş, borcun geri qalanını isə qısa müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Digər tələbkara olan borcunu isə qısa müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(030)-376/2018 saylı icra sənədinə əsasən Şəxs ona 2600 manat məbləğində borcu yığılıb qalmışdır. Hal-hazırda Şəxs ona olan aliment borcundan 300 manat ödəniş etmiş, borcun geri qalanını isə qısa müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzinin surətindən görünür ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 2600 manat borcundan 300 manat ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, icra məmurunun və tələbkarın izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatına xitam verilməlidir. Belə ki, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 2600 manat borcundan 300 manat ödəniş etmiş, borcun geri qalanını isə qısa müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, borclunun əməlində borcundan üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddsəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmişşəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2 -ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. . Hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Tel:(022)215-56-44. Faks:(022)215-47-55. İş № 3(030)-139/2023 30 may 2023-cü il Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə Surəti: Zərərçəkmiş şəxs (Daşkəsən şəh, A.Abdullayev küç ev 5-də yaşayan) Surəti: X9 (Göygöl rayonu, Bəhrəmbəy kəndi) Surəti: Şəxs (Daşkəsən şəh, Nizami küç ev 20, mənzil 22-də yaşayan) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 30 may 2023-cüil tarixli 3(030)-139/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti - «_02_» vərəqədə. Sədr vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev № 3(030)-139/2023 БИРИНЪИ ИНСТАНСИЙА МЯЩКЯМЯСИНДЯ ИНЗИБАТИ XЯTA HAQQЫNDA ИШ ЦЗРЯ МЯЩКЯМЯ БАХЫШЫ ИЪЛАСЫНЫН PРОТОКОЛУ Daşkəsən Rayon Məhkəməsi 30 may 2023-cü il Daşkəsən şəhəri Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X3 iclas katibliyi, Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 528.1-cи mаддяси иля топланмыш инзибати хята щаггында ишя ачыг мящкямя иъласында бахылыр. Иълас саат 17:50-də башланды. Sədrlik edən мящкямя иъласыны ачараг Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 528.1-cи маддяси иля топланмыш инзибати хята щаггында ишя бахылдыьыны və işin qısa məzmununu елан едир. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Мящкямя иъласынын катиби мярузя едяряк эюстярир ки, мящкямя иъласынdа protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirak edirlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir: Protokol tərtib edən şəxs: X7 – xx.xx.1985-ci ildə Samux rayonu, Kolayır kəndində doğulmuş, evli, ali təhsilli, Daşkəsən şəhəri üzrə İcra şöbəsinin rəisi (İ dərəcəli ədliyyə qulluqçusu) vəzifəsində işləyən, Samux şəhəri, Gəncə küçəsi ev 10-da daimi qeydiyyatda olan və yaşayan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs - xx.xx.1982-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu A.Abdullayev küçəsi ev 5-də qeydiyyatda olan, Tələbkar: Zərərçəkmiş şəxs - xx.xx.1984-cü ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində,doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Daşkəsən şəhəri Nizami küçəsi ev 20, mənzil 22-də qeydiyyatda olan Сядрлик edən məhkəmə tərkibini елан едяряк билдирир: - мящкямя иъласына сядрлик едir hakim Mustafayev Mustafa Əli оьлу, мящкямя иълас катиби X5. Sədrlik edən proses iştirakçılarına sədrlik edənə вя иълас катибиня етираз етмяк щцгугларыны вя етираз етмяк цчцн Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 107 və 108-ъi маддяляриндя нязярдя тутулмуш ясаслары изащ едяряк, ондан сядрлик едяня вя иълас катибиня етиразы олуб-олмамасыны сорушур. Proses iştirakçıları məhkəmənin tərkibinə etirazları olmadığını bildirdilər. Sədrlik edən İnzibati xəta törətmiş şəxsə Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 61-ъи маддясиндя нязярдя тутулмуш щцгуг вя вязифялярини изащ едир. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Hцгуг вя вязифялярим мяня айдындыр. Sədrlik edən барясиндя инзибати хята щаггында иш цзря иъраат апарылан шяхся мцдафиячи тутмаг щцгугларыны изащ етди. Мцдафиячисинин олуб-олмадыьыны сорушду вя müdafiəçi dəvət etməyi тяклиф етди. Sədrlik edən proses iştirakçılarından ишя бахылмасы иля баьлы вясатяти олуболмамасыны сорушур. Proses iştirakçılarına işə baxılması ilə bağlı vəsatəti olub-olmamasını soruşur. Sədlik edən инзибати хята щаггында протоколу вя диэяр сянядляри охуйуб елан едир вя Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 528.1-cи маддясиндя нязярдя тутулмуш инзибати хятанын мащиййятини вя щямин ямяля эюря мцяййян олунмуш мясулиййяти изащ едир. Sədrlik edən барясиндя инзибати хята щаггында иш цзря иъраат апарылан шяхсдян она истинад едилян ямялин мащиййятинин она айдын олуб-олмамасыны, щябеля юзцнц тягсирли билиб-билмямясини сорушур. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Мяня истинад едилян ямялин мащиййяти мяня айдындыр. Азярбайъан Республикасы ИХМ-нин 528.1-cи маддясиндя нязярдя тутулмуш инзибати хятаны тюрятмякдя юзцмц тягсирли bilirəm. Sədrlik edən protokol tərtib edən şəxsə изащат вермяйи тяклиф едир. Protokol tərtib edən şəxs X7 изащатында эюстярир: Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2112/2021 saylı 21 fevral 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq tələbkar X9 600 manat borcu və Daşkəsən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(030)-376/2018 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs 2600 (iki min altı yüz) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, Şəxs icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən s/c – Bəli dəfələrlə borcunu ödəmək üçün xəbərdarlıq olunub. İcra məmuruna əlavə sual olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə изащат вермяйи тяклиф едир. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şяхс Şəxs оьлу изащатында эюстярир: Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2112/2021 saylı 21 fevral 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq tələbkar X9 600 manat borcumu və Daşkəsən rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(030)-376/2018 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs 2600 manat məbləğində borcumu ödəməmişəm. Halhazırda tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğum aliment borcumdan 300 manat ödəniş etmişəm, borcun geri qalanını isə qısa müddətdə ödəməyi öhdəmə götürürəm. Digər tələbkara olan borcunu isə qısa müddətdə ödəməyi öhdəməə götürürəm. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə əlavə sual olmadı. Tələbkar Zərərçəkmiş şəxs izahatında göstərir: Daşkəsən rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(030)-376/2018 saylı icra sənədinə əsasən Şəxs mənə 2600 manat məbləğində borcu yığılıb qalıb. Hal-hazırda Şəxs mənə olan aliment borcundan 300 manat ödəniş etmiş, borcun geri qalanını isə qısa müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Tələbkara əlavə sual olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərin vəsatətlərinin olub olmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda əlavə vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən ишдя олан сянядляри охуйуб елан едир вя proses iştirakçılarından щямин сянядляря даир суалы və ишин мащиййяти иля баьлы ня кими ялавяляри, вясатятляри олуб-олмамасыны сорушур. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda eлан олунан сянядляря даир суал, əlavə və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən yerində qısa müşavirə edərək, qərara alır: Məhkəmə tədqiqi tamamlansın və çıxışlara başlansın. Sədrlik edən çıxış üçün Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 verir. Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 оьлу: Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şяхс X2 verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şяхс Şəxs: Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün tələbkar Zərərçəkmiş şəxs söz verir. Tələbkar Zərərçəkmiş şəxs: Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edirəm. Sədrlik edən işdə iştirak edən şəxslərdən replika hüququndan istifadə edibetməmələrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda replika hüququndan istifadə etmək istəmədiklərini bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən просес иштиракчыsына гярардан шикайят вя протест верилмя гайдасыны, протокола таныш олма щцгугларыны изащ етди. Sədrlik edən мящкямя иcласыны саат 18:00-da баьлы елан етди. Protokol 30 may 2023-cü ildə tərtib olunmuşdur. Сядрлик едян: ______________ Mustafa Mustafayev Kатиб: ______________ Bəylər Fərzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar