Məhkəmə qərarları › İş №3(030)-14/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-14/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-14/2023 13.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1987-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayon Xoşbulaq kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs AR İXM-nin 329.1,327.1,339.1-1,-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə barəsində cərimələr təyin olunmasına dair AR DİN BDYPİ-nin qərarlarını qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada poçt vasitəsi ilə məlumat verilmiş Şəxs üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “NAZLİFAN MİNİK” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili AR BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 10392881 nömrəli protokol əsasında çıxarılmış qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 329.1-ci maddəsi ilə tərtib olunmuş EQ 10392881 seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 40 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 64 manat təşkil etmişdir. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “NAZLİFAN MİNİK” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili AR BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 10445773 nömrəli protokol əsasında çıxarılmış qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 339.1-1-ci maddəsi ilə tərtib olunmuş EQ 10445773 seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 50 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 80 manat təşkil etmişdir. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “NAZLİFAN MİNİK” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili AR BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 10222533 nömrəli protokol əsasında çıxarılmış qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 327.1-ci maddəsi ilə tərtib olunmuş EQ 10222533 seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 40 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 64 manat təşkil etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. AR İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev Qərar 20 dekabr 2022-ci ildə qanuni qüvvəyə minmişdir. Sədr vəzifəsini müvəqqəti icra edən: Mustafa Mustafayev Qərar 12 dekabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Sədr vəzifəsini müvəqqəti İş № 3(030)-14/2023 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU Daşkəsən Rayon Məhkəməsi 13 yanvar 2023-cü il Daşkəsən şəhəri Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 529.3-cи mаддяси иля топланмыш инзибати хята щаггында ишя ачыг мящкямя иъласында бахылыр. Иълас саат 16:30-da башланды. Sədrlik edən мящкямя иъласыны ачараг Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 529.3-cи маддяси иля топланмыш инзибати хята щаггында ишя бахылдыьыны və işin qısa məzmununu елан едир. Sədrlik edən məhkəmə prosesi iştirakçısının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Мящкямя иъласынын катиби мярузя едяряк эюстярир ки, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada poçt vasitəsi ilə məlumat verilmiş Şəxs üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Sədrlik edən qərarın чыхарылмасы цчцн мцшавиря отаьына эедир. Sədrlik edən мцшавирə отаьындан гайыдыр вя гярары охуйуб елан едир. Qərardan шикайят верилмяси müddətini və гайдасыны изащ едир. Sədrlik edən мящкямя иъласыны saat 16:40-da баьлы елан едир. Протокол 13 yanvar 2023-cü ил тарихдя тяртиб olunmuшdur. Sədrlik edən: _______________________ Mustafa Mustafayev Katib: ________________________ Bəylər Fərzəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-47-55. İş 3(030)-41/2016 26 aprel 2023-cü il Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə surəti: Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki, cənab Seymur Əfəndiyevə surəti: X3 (Daşkəsən şəhəri, S.Vurğun küçəsi ev 54-də yaşayan) X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli 3(030)- 41/2016 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti (hər bir ünvana) – “01” vərəqədə. Sədr vəzifəsini müvəqqəti icra edən: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-47-55. İş 3(030)-223/2022 27 sentyabr 2022-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 idarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova surəti: Daşkəsən rayon Polis Şöbəsinin rəisi, polis polkovniki, cənab Seymur Əfəndiyevə surəti: Şəxs (Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olan) (məlumat üçün) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 3(030)-223/2022 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata götürülməsi barədə mütləq şəkildə məhkəməyə rəsmi məlumat verilməsini xahiş edirik. Qoşma: Qərarın surəti (birinci və ikinci ünvana) - «_01_» vərəqədə. Hörmətlə, Sədr vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar