Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-141/2023 26.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxslər Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4, Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən şəhəri, Nizami küçəsi ev 16, mənzil 52-də qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 528.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2023-cü il tarixdə borclu qismində axtarışda olan Şəxs polis əməkdaşları tərəfindən Daşkəsən RPŞ-nə gətirilən zaman ünvanlı-ünvansız söyüşlər söyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu маддясиндя нязярдя тутулан inzibati xətaya görə xx.xx.2023-cü il tarixli MN ******* saylı инзибати протокол тяртиб олунараг мящкямяйя эюндярилмиш və həmin iş məhkəmədə 3(030)-140/2023 sayla qeydə alınmışdır. Bundan başqa Samux rayon Məhkəməsinin 2(058)-611/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs icra sənədinin icra etməməklə, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci маддясиндя нязярдя тутулан inzibati xətaya görə xx.xx.2023-cü il tarixli MN ******* saylı инзибати протокол тяртиб олунараг мящкямяйя эюндярилмиш və həmin iş məhkəmədə 3(030)-141/2023 sayla qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-140/2023 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)- 141/2023 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-140/2023 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə borclu qismində axtarışda olan Şəxs polis əməkdaşları tərəfindən Daşkəsən RPŞ-nə gətirilən zaman ünvanlı söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də heç bir nəticəsi olmamışdır. İşin halları ətraflı araşdırılmış, Şəxs barəsində protokol tərtrib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 izahatında göstərmişdir ki, Şəxs Samux rayon Məhkəməsinin 2(058)-611/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X5 və 21 yanvar 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdeh Şəxs hər ay hər uşağa 140 (yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 1040 (bir min qırx) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Samux rayon Məhkəməsinin 2(058)-611/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ona 1040 manat məbləğində aliment borcu vardır. Borclu Şəxs borcunu ödəməyəcəyi təqdirdə barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Daşkəsən RPŞ-nə gətirilən zaman bir qədər əsəbi olduğu üçün ünvanlı-ünvansız söyüşlər söymüşdür. Belə ki, Samux rayon Məhkəməsinin 2(058)-611/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs 1040 manat məbləğində aliment borcu vardır. Həmin borca görə icra şöbəsinə gətirildiyi üçün belə əmələ yol vermişdir. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və protokol tərtib edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli AR İXM-nin 510 və 528.1-ci maddələri ilə tövsif olunmuş, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Bələ ki, inzibati işin məhkəmə araşdırılıması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə borclu qismində axtarışda olan Şəxs polis əməkdaşları tərəfindən Daşkəsən RPŞ-nə gətirilən zaman ünvanlı söyüşlər söymüşdür. Bundan başqa Samux rayon Məhkəməsinin 2(058)-611/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs 1040 manat məbləğində aliment borcu vardır. AR İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraat zamanı sübut edilməlidir. Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi tərəfindən aparılmış inzibati xəta hadisəsi barədə icraat qanunda nəzərdə tutulmuş sübut etmə vasitələri ilə sübut olunmadığı üçün, habelə əldə edilmiş sübutlar prosessual pozuntulara yol verməklə əldə edildiyi üçün sübut əhəmiyyətini itirmiş hesab olunur və inzibati xəta törətmiş şəxsin təqsirsiz olması qənaətinə gəlməyə əsas verir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcələnin 53.0 və 53.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs kənd arasında qeyri-qanuni, əxlaqsız hərəkətlərə yol verməsini və qeyri-qanuni hərəkətləri davam etdirməsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması qeyri mümkündür. AR İXM-nın 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcələnin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510 və 528.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbirini tətbiq edilməsi məqsədə uyğundur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs olunsun. AR İXM-nın 34.1-ci maddəsinə əsasən ona tətbiq olunmuş inzibati tənbehlər toplanılaraq üzərində qəti olaraq 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarix saat 17:30-dan hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis X3 Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-141/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-141/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver