Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-141/2025 30.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Daşkəsən rayanu Qazaxyolçular kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Həsənov X4 Rayon Məhkəməsi 11 iyun 2012-ci il tarixli 2(030)-231/2012 saylı məhkəmə əmri üzrə 21 aprel 2005-ci ildə anadan olmuş X10 və 04 yanvar 2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Şəxs hər uşağa 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat sabit pul məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməyə borlcu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs 10.397 (on min üç yüz doxsan yeddi) manat məbləğində aliment borcu qalmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X9 izahatında bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsi 11 iyun 2012-ci il tarixli 2(030)-231/2012 saylı icra sənədinə əsasən borclu Şəxs 10397 manat məbləğində borcu qalmışdır. Borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu zərərçəkmiş şəxsə olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, o, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu axtarışı barədə qərar qəbul edilmiş, yalnız polis əməkdaşlarının köməkliyi ilə onu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Qeyd edilənlərə əsasən borclu barəsində inzibati xətaya görə protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənov X5 xətanı törətməsini etiraf edərək izahatında bildirmişdir ki, 10397 manat aliment borcu qalmışdır. O, həmin məbləği borc kimi qəbul edir. İşləmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. 2025-ci ilin iyun ayında aliment borcundan 150 manat ödəniş etmişdir. Vaxt verilərsə bundan sonra hər ay olmaqla aliment borcundan ödənişlər edəcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin işləmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Borclu tərəfindən aliment borcundan 150 manat ödəniş olunmuş və bundan sonra da ödənişlər edəcəyini bildirir. Odur ki, borclu barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərtib etdiyi inizbati xəta haqqında 30 iyun 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsi 11 iyun 2012-ci il tarixli 2(030)-231/2012 saylı icra sənədinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və Zərərçəkmiş şəxs 10397 manat məbləğində aliment borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsi 11 iyun 2012-ci il tarixli 2(030)-231/2012 saylı icra sənədinə əsasən borclunun 10397 manat borcu qalmışdır. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 3(030)- 24/2023 saylı qərarın surətindən görünür ki, Həsənov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətfiyi üçün 10 gün müddətə inzibati həbs olunmuşdur. İşə əlavə olunmuş ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən poçt vasitəsi ilə Zərərçəkmiş şəxs hesabına 154 manat ödəniş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun vəkilini, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun, tələbkarın izahatı, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsində zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olubolmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini, ödəmədən yayınmasını və bununla da məhkəmə qərarını icra etməməklə yanaşı uşaqların maddi təminatını daha da ağırlaşdırmasını nəzərə alaraq hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bilinib 10 (on) gün müddətə inizbati həbs olunsun. Həbs etmənin əvvəli 30 iyun 2025-ci il saat 19:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-141/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-141/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver