Məhkəmə qərarları › İş №3(030)-142/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-142/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-142/2024 09.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X4, X3 tərəfindən daxil olmuş ərizəyə baxaraq, müəyyən etdim: X3 tərəfindən daxil olmuş ərizə natamam olduğundan məhkəmə baxışının təşkili mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, ərizədə natamamlıqlar var, qərar ərizəyə əlavə olunmamış və ərizənin təsdiq olunması ilə bağlı ərizəçinin imzası yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ var. Azərbaycan Respublikası İnzibati İcraat haqqında qanunun 30.2.5-ci maddəsinə əsasən, ərizə tərtib olunarkən ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, X1 ərizəsi natamam sayılır və işə baxılarkən materialların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X1 ərizəsi qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün X2 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar