Məhkəmə qərarları › İş №3(030)-149/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-149/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-149/2025 10.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X6 tərəfindən daxil olmuş şikayət ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: X1 Rayon Məhkəməsinə müraciət edərək Daşkəsən rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2025-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən şəhəri ərazisində idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Daşkəsən rayon X9 Patrul Xidmətinin əməkdaşları saxlamışlar. O, sərxoş olmadığı halda polis əməkdaşları ona spirtli içki qəbul etmiş olduğunu bildirərək barəsində qanunsuz olaraq protokol tərtib etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)- 312/2025 saylı qərardadından görünür ki, X3 Daşkəsən Rayon Polis Şöbəsinə qarşı TP ******* saylı 400 manat cərimə edilmə haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. İşə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-4154/2025 saylı qərardadından görünür ki, iddiaçı X3 cavabdehlər Daşkəsən Rayon Polis Şöbəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən Rayon Prokurorluğuna qarşı TP ******* saylı, 400 manat cərimə edilmə haqqında qərarın ləğv edilməsi iddiası mümkün sayılmamışdır. Göründüyü kimi X6 tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2025-ci tarixli qərardan düzgün olmayaraq iddia qaydasında məhkəmələrə müraciətlər etmişdir. Çıxarılmış məhkəmə qərardadlarında ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada şikayət vermək hüququnun olması izah olunmuşdur. X3 inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2025-ci tarixli qərardan şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da şikayət vermə müddəti buraxılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət vermə müddəti ötürüldüyü üçün ərizə və əlavə olunmuş digər sənədlər X4 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6, 109.1.6, 129.1.3, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 ərizəsi və ona əlavə olunmuş digər sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar