Məhkəmə qərarları › İş №3(030)-150/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-150/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-150/2025 08.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkil (müdafiəçisi) X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə axşam saat 22:00 radələrində Daşkəsən Rayon Polis Şöbəsində uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol, hadisə yerinə getmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı protokol, tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-150/2025 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən Rayon Polis Şöbəsində uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-150/2025 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)- 151/2025 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-150/2025 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək, məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətməsini qismən etiraf edərək izahatında göstərmişdir ki, narkotik vasitə istifadə etməsinə dair barəsində tərtib olunmuş inizbati materialla bağlı müstəntiqə etiraz etmək üçün Daşkəsən Rayon Polis Şöbəsinə getmişdir. Daşkəsən Rayon Polis Şöbəsində olarkən polis əməkdaşları ona müstəntiqin şöbədə olmadığını bildirsələr də, o şöbədən getməmişdir. Narkotik vasitə istifadə etmədiyini bildirərək müstəntiq gəlmədiyi təqdirdə şöbədən getməyəcəyini bildirmişdir. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 çıxışında göstərmişdir ki, iş materiallarından və proses iştirakçılarının izahatlarından göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs Qurbanov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətaları törətməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o xidmətdə olarkən Qurbanov X5 Rayon Polis şöbəsinə gəlmişdir. Şəxs nə üçün gəldiyini soruşduqda o, narkotik vasitə istifadə etmədiyini bildirirək bununla bağlı material tərtib etmiş müstəntiqə etiraz etmək polis şöbəsinə gəldiyini bildirmişdir. Ona müstəntiqin polis şöbəsində olmadığını və sabah gəlməyini bildirmişlər. Lakin o, müstəntiq gəlməyəcəyi halda oradan getməyəcəyini bildirmiş və müstəntiqə qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra onu nizam intizama dəvət etsələrdə o, öz əməlindən əl çəkməmişdir. Daha sonra o, səs-küy salaraq, polis işçiləri və müstəntiq barəsində nalayiq söyüşlər söyməyə başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, bizlərin qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o xidmətdə olarkən Qurbanov X5 Rayon Polis şöbəsinə gəlmişdir. Şəxs nə üçün gəldiyini soruşduqda o, narkotik vasitə istifadə etmədiyini bildirirək bununla bağlı material tərtib etmiş müstəntiqə etiraz etmək polis şöbəsinə gəldiyini bildirmişdir. Ona müstəntiqin polis şöbəsində olmadığını və sabah gəlməyini bildirmişlər. Lakin o, müstəntiq gəlməyəcəyi halda oradan getməyəcəyini bildirmiş və müstəntiqə qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra onu nizam intizama dəvət etsələrdə o, öz əməlindən əl çəkməmişdir. Daha sonra o, səs-küy salaraq, polis işçiləri və müstəntiq barəsində nalayiq söyüşlər söyməyə başlamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın X11 haqqında prokoldan görünür ki, Qurbanov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, xx.xx.2025ci il tarixdə saat 22:20-də inzibati qaydada tutulmuşdur. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, “Polis haqqında” Qanun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq, polisin qanuni tələblərinə əməl etməmək qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin Şəxs öz hərəkətləri ilə insanların və orada olan əməkdaşların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, mübahisə etməklə ictimai qaydanı pozmuş, bununla da xırda xuliqnlıq hərəkətinə yol vermişdir və nəticədə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin onların qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Belə olan halda digər polis əməkdaşları çağırışa gəlmiş, bununla belə Şəxs hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla da əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xətalara görə tərtib edilmiş protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Qurbanov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025 il tarixdə Daşkəsən Rayon Polis Şöbəsində ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. Belə ki, Şəxs əvvəllər də İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(030)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli 3(030)-209/2024 saylı, xx.xx.2024-cü il tarixli 3(030)-220/2024 saylı, xx.xx.2025-ci il tarixli 3(030)-209/2024 saylı qərarları ilə inzibati tənbeh olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X11 müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən 535.1-ci maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 8 (səkkiz) gün müddətə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarix saat 22:20-dən hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar