Məhkəmə qərarları › İş №3(030)-151/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-151/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-151/2024 17.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, X3 iclas katibliyi Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1972-ci ildə Daşkəsən rayon Zağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayon Zağalı kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:20 radələrində Daşkəsən-Xoşbulaq yolunun 7ci km-də mal-qaranın asfalt örtüklü yolla ötürülməsi qaydalarını pozmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nın DYPB-nin inspektoru X6, izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü tarixdə saat 20:20 radələrində Daşkəsən-Xoşbulaq yolunun 7-ci km-də özünə məxsus olan heyvanın asfalt örtüklü yolla ötürmüşdür. Nəticədə Zərərçəkmiş şəxs Daşkəsən-Xoşbulaq yolunda idarə etdiyi VAZ 21011 markal **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edən zaman bir baş iri buynuzlu heyvan avtomobil yoluna çıxaraq avtomobilin qarşısına çıxmışdır. Avtomobili saxlaya bilmədiyindən heyvanı vurmuş və avtomobilinə 1280 manat məbləğində ziyan dəymişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü tarixdə axşam saatlarında ona məxsus olan iri buynuzlu heyvanlardan birini itirmiş və unu axtarmaq üçün getmişdir. Ona xəbər çatmışdır ki, həmin heyvanı Xoşbulaq yolunda maşın vuraraq öldürmüşdür. O, dərhal həmin yerə getmiş heyvanın yol kənarında ölmüş vəziyyətdə görmüşdür. O, heyvanı maşın vuran vaxt orda olmasa da, heyvanın yerə dağılmış tüklərdən ona məlum olmuşdur ki, avtomobil heyvanı asfaltın üzərində deyil, yolun kənarında vurmuşdur. Təqsir sürücüdə olmuşdur. Qarşıdan gələn avtomobilin işığı onun gözünə düşdüyündən bu hadisə baş vermişdir. Ona dəymiş ziyanın ödənilməsini və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş X4 ifadəsində bildirmişdir ki, xidmətdə olan zaman hadisə ilə bağlı ona zəng vurmuşlar. O, hadisə baş verən yerə getmiş və orada heyvanın yerdə ölmüş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt heyvanı avtomobil ilə vuran şəxsdə orada olmuşdur. Avtomobili idarə edən şəxs heyvanın yolda onun qarşısına çıxdığını və gecə olduğunda heyvanı görmədiyi üçün vurduğunu bildirmişdir. Onlar heyvanın sahibini ora çağırmışlar heyvanın sahibi də ora gələndə heyvanın ona məxsus olduğunu və mal-qaranı nəzarətsiz qoyduğunu etiraf etmişdir. Onlar heyvan sahibinə mal-qaranın nəzarətsiz şəkildə asfalt yola buraxılmalı olmadığını izah etmişlər. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü tarixdə saat 20:30 radələrində Daşkəsən-Xoşbulaq yolunda idarə etdiyi VAZ 21011 markal **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edən zaman bir baş iri buynuzlu heyvan avtomobil yoluna çıxaraq avtomobilin qarşısına qaçmışdır. Avtomobili saxlaya bilmədiyindən heyvanı vurmuş və avtomobilinə 1280 manat məbləğində ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsini və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Daşkəsən RPŞ-nın DYPB-nın xx.xx.2024-cü il tarixli İXP 651608 nömrəli protokolundan görünür ki, xx.xx.2024-cü tarixdə saat 20:20 radələrində Daşkəsən- Xoşbulaq yolunun 7-ci km-də Şəxs özünə məxsus olan heyvanın asfalt örtüklü yola ötürülməsi qaydalarını pozmaqla zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Gəncə avtomotoservis və ticarət müəssisənin 3040 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21011” markalı 90- XX446 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1280 (min iki yüz səksən) manat məbləğində maddi ziyan vurulmuşdur. İşdə olan CD diskə məhkəmə iclasında baxış zamanı, bir baş heyvanın xx.xx.2024cü tarixdə saat 20:20 radələrində asfalt örtüklü yolun kənarında ölmüş vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlllənin 338.5.5-ci maddəsinə əsasən, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları və iş üzrə digər sübutlarla təsdiqni tapır ki, Şəxs özünə məxsus olan heyvanı xx.xx.2024-cü tarixdə saat 20:20 radələrində nəzarətsiz buraxması nəticəsində Zərərçəkmiş şəxs Daşkəsən-Xoşbulaq yolunda idarə etdiyi VAZ 21011 markal **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edən zaman həmin heyvanı vurmuşdur. Nəticədə avtomobil sahibinə maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xəta törətmiş şəxs Şəxs məsuliyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra etdiyi halda tətbiq olunan cərimənin məbləğinin 10 (on) faizi miqdarında ödənişdən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 (iki) aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar