Məhkəmə qərarları › İş №3(030)-152/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-152/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-152/2025 10.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Daşkəsən rayonu Zivlən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, ali təhsilli, evli, Gəncə, ş, M.Şeyxzamanov küç.1-dön, ev 16-da qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 10 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs ("xxxx" MMC-nin rəhbəri) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 3- 21-2-18/2-6188/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 3125,22 (üç min yüz iyirmi beş manat iyirmi iki qəpik) manat vergi borcunu ödəməmiş, icra məmurunun tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 3-21-2-18/2-6188/2024 nömrəli, xx.xx.2024-cü il tarili icra sənədi üzrə "xxxx" MMC-nin 3125,22 (üç min yüz iyirmi beş manat iyirmi iki qəpik) manat vergi borcu vardır. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra vərəqəsinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Borclu icra məmurunun qanuni çağrışları üzrə icra şöbəsində gəlməmiş və icra vərəqəsi üzrə vergi borcunu ödəməkdən yayınmışdır. Hüququi şəxsin barəsində axtarış qərarı vermək mümkün olmadığı üçün hüquqi şəxsin rəhbəri barəsində axtarış qərarı qəbul edilmişdir. Borclunun icra şöbəsinə gətirilməsi polis əməkdaşlarının köməkliyi ilə mümkün olmuşdur. Borclunun icra şöbəsində izahatı alınan zaman vergi borcunu ödəməyəcəyini bildirərək həmin qərardan narazı olduğunu bildirmişdir. Hazırki icra sənədi üzrə Gəncə İnzibati Məhkəməsində onun şikayəti üzrə işə baxıldığını bildirsə də buna aid hər hansı bir sübutu icra şöbəsinə təqdim etməmişdir. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarı əsassız yazılmışdır. Həmin qərardan narazı olduğundan qərarın ləğv edilməsinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İş məhkəmənin icraatındadır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya sistemində olan məlumatlardan görünür ki, Gəncə İnzibati Məhkəməsinin icraatında olan 2-1(114)-1521/2025 nömrəli iş üzrə Şəxs proses iştirakçısı kimi iddiaçı qismində göstərilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İşin hallarından göründüyü kimi vergi orqanının maliyyə sanksiyasının tətbiq edilmə barədə qərarı hüquqi şəxs olan "xxxx" MMC barəsində olmuşdur. İnzibati xəta haqqında protokol isə həmin hüquqi şəxsin rəhbəri barəsində tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində hüquqi şəxslərin məsuliyyəti ayrıca nəzərdə tutulmuşdur. Bundan başqa, "xxxx" MMC barəsində maliyyə sanksiyasının tətbiqi barədə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından Gəncə İnzibati Məhkəməsinə iddia verilmişdir və işə həmin məhkəmədə baxılmaqdadır. ”İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icraatın dayandırılması məcburidir. Göründüyü kimi icra məmuru iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, iş üzrə icraatı məcburi qaydada dayandırmalı olduğu halda icraatı davam etdirmiş və şəxsin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar